20 oktyabr 2018, Şənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Bu ölkələrdə kişilərə təcavüz edilir - Bəs Azərbaycanda vəziyyət necədir?
Bu ölkələrdə kişilərə təcavüz edilir - Bəs Azərbaycanda vəziyyət necədir?
17.01.2018, 14:43

Qadınlara yönələn şiddətin ən qorxulu vasitələrindən biri təcavüzdür.

 

Təcavüzün daha çox qadınlar üzərində olduğu söylənilsə də, dünyada kişilər də cinsi təcavüzün qurbanına çevrilir. Araşdırmaçı Vill Strore mövzu üzərindəki axtarışları və Uqandanı ziyarət etdiyi zaman ağlında qalanları belə nəql edir:

 

“Müharibənin bütün sirrləri arasında bir “sirr”  var ki, o yalnızca “rəvayət”olaraq xatırlanır. Bu təkcə təcavüz edənlər tərəfindən deyil, eyni zamanda təcavüzə məruz qalanlar tərəfindən də gizli saxlanılır. Dövlətlər, insan haqları müdafiəçiləri, Birləşmiş Millətlər Təşkilatı da bu “sirr”in üzərində dayanmır.

 

Rəqəmlər aysberqin görünən tərəfidir.

 

Elm sahəsində də səssizlik hökm sürərkən Kaliforniya Universitetindən Lara Stemple “Male Rape and Human Rights” adlı araşdırması ilə mövzuya diqqət çəkir. Stemplenin araşdırmasına görə, kişiyə yönələn cinsi şiddət Cənubi Afrika ölkələri, Çili, Yunanıstan, Xorvatiya, İran, Küveyt, kimi bir çox ölkələrdə  savaş və ya siyasi təzyiq olaraq istifadə olunub.

Bu siyahıya postsovet məkanı və keçmiş Yuqoslaviya ərazisi də daxildir.

 

Müharibə ilə yanaşı həbsxanalar, qaçqın düşərgələri və sosial münaqişələr dövrünə də diqqət çəkən araşdırmaya görə, Londondakı İşgəncə Müalicə Mərkəzində nəzarətdən keçirilən şri-lankalı kişilərin 21%-i məhbus olduqları zaman cinsi təcavüzə məruz qalıb. 1980-ci illərdə El Salvadordakı kişi məhbusların 76%-i məhkumluq boyunca ən azı 1 dəfə cinsi istismara məruz qalıb.

 

Amerika Birləşmiş Ştatlarında hər il 92 min 700 kişi təcavüzə uğrayır. İngiltərədə təcavüz hadisələrinin 7,5%-i kişilərə yönəlib. Bosniya və Hersoqavinada 6 min düşərgədə aparılan araşdırmada isə kişilərin 80%-nin təcavüzə məruz qaldığı ifadə edilir.

Amerika tibb jurnallarında yayımlanan bir digər araşdırmada Konqoda qadınlarının 30%-nin, kişilərin isə 22%-nin sosial qarşıdurmalar sırasında cinsi şiddətə məruz qaldığı bildirilir. Ancaq yeni bir araşdırmaya görə isə bu buzdağının sadəcə görünən tərəfidir.

 

Araşdırmaçı Storr  cinsi şiddətə məruz qalan kişilərin hekayələrini dinləyib. 53 ərəb ölkəsindən 38-də olduğu kimi, Uqandada da “gey”lik şübhəsiylə həbs olunan və təcavüzə məruz qalan kişilərin  ailələri, dostları tərəfindən təcrid edilmə qorxularıyla səssiz qaldıqları bildirilir. Patriarxal cəmiyyətlərdə təcavüzə məruz qaldığı öyənilən kişilər, toplumdan təcrid olunma təhlükəsi ilə üz-üzə qalır.

 

Storr, Makerere Universitetinin “Refugees Law” Proyektinin dəstəyi ilə bəzi qurbanlarla görüşmə fürsəti tapdığını və proyekt sayəsində Uqandada 200 minə qədər qaçqın nüfuzunda olan və təcavüzə uğrayan kişi qaçqınların həmrəylik içinə girməyə başladıqları bildirib.

 

Səssizlik patriarxal sistəmə xidmət edir

 

Stemplenin araşdırması kişiyə yönələn cinsi təcavüzü müharibənin tamamlayıcısı olaraq göstərir. Eyni zamanda beynalxalq yardım təşkilatlarının kişilərə edilən cinsi şiddətə önəm vermədiyi məsələsi qabardılır.

Araşdırmaya görə, savaş zamanı cinsi şiddət mövzusunda çalışması olan 4076 sivil toplumun sadəcə 3%-i təcavüzə uğrayan kişilər mövzusuna toxunur.

 

İnsan hüquqları ilə bağlı beynəlxalq sənədlərdə də kişiyə yönələn cinsi şiddət mövzusu aktual deyil.

 

Stemple: “Kişi təcavüzünü görməzdən gəlmək yalnızca kişiləri unutmaq mənasına gəlmir, eyni zamanda qadını “zəif” anlayışı ilə bərabərləşdirərək onlara da  zərər verir”.-deyə bildirir.

 

Fiziki güc baxımından bir kişi bir qadından önəmli dərəcədə  güclüdür. Amma bütün kişilərin bütün qadınlardan güclü olduğu fikri yanlışdır.Təcavüz sadəcə fiziki güc işlədərək edilmir. Birinə şiddət edərkən psixoloji basqı fiziki güc qədər önəmlidir. Fiziki olaraq özünü müdafiə edə bilən biri, psixoloji cəhətdən heç də hər zaman bunu edə bilmir.

 

Bir neçə il əvvələ qədər kişilərə edilən təcavüzlər konstitusiyalara daxil edilməmişdi və bunun üçün cəza nəzərdə tutulmamışdı. Hətta insanlar kişilərin bundan sadəcə zövq alacağını düşünürdülər.

 

Daha gənc yaşlarında təcavüzə uğrayan oğlanlarla daha yaşlı kişilərin təcavüzə uğramasından sonra görülən nəticə fərqli olur. Aşağıdakı siyahı cinsi təcavüzdən yaxa qurtaran kişilərin ortaq özəlliklərini əks etdirir:

 

Qayğı, depressiya, qorxu ya da travma sonrası stress

Təcavüzlə əlaqədar insanlardan və tünlük yerlərdən qaçmaq

Cinsi həyatla bağlı narahatlıq və suallar

Gələcək həyatla bağlı qorxular

Öz bədəni üzərində nəzarətə sahibi ola bilməmək kimi düşüncələr

Yuxu rejiminin pozulması

Münasibətləri və dostluqları bitirmək

 

Dünyada hər 6 kişidən 1-i təcavüzə məruz qalsa da, Azərbaycanda belə hallar nadir olaraq görülür. Maraqlı fakt budur ki, İran və BƏƏ İslam ölkələri olsalar da kişilərin təcavüzə uğradığı yerlər siyahısında bu dövlətlərin adları da yer alır.

 

Azərbaycanda təcavüzə daha çox qadınlar uğrayır. Statistika qadınların 60%-nin öz ailələri tərəfindən zorakılığa məruz qaldığını, onların sağlamlıqlarına xələl yetirildiyini göstərir, əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır. Dünyada 42% qadın cinsi və fiziki zorakılığa məruz qalaraq zədə və travma alır:

 

"Zorakılığa məruz qalan 16 faiz qadında döl düşməsi, vaxtından əvvəl uşaqların doğulması baş verir. Azərbaycanda zorakılığa məruz qalmış qadınlar zorakılıq hallarını gizlətməyə çalışırlar. Qadınlar məruz qaldıqları zorakılıqla bağlı heç kimin məlumat almasını istəmirlər. Sorğu-tədqiqatlarının nəticələrinə görə, 15-19 yaşlı qızların 87,9 faizi qeyd edir ki, ailə sirrini başqalarına danışmaq düzgün deyil".

 

Hüquqşünas Vüqar Səfərli Modern.az-a deyib ki, Azərbaycanda kişilər  demək olar ki, təcavüzə  uğramır.

 

“Kişilərin təcavüzə uğraması ilə bağlı ölkəmizdə statistika varsa belə say olduqca azlıq təşkil edəcək. Azərbaycan müsəlmanların üstünlük təşkil etdiyi ölkədir. Bizim mentalitetimiz var. Bəzi ölkələrə nisbətdə belə şeylər cəmiyyət tərəfindən qəbul olunmur. Ona görə bizdə belə bir statistikanın olmasına inanmıram”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ağstafada 18 yaşlı gəlin itkin düşdü
20.10.2018, 12:07

Ağstafada 18 yaşlı gəlin itkin düşdü

Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub
20.10.2018, 11:50

Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub

Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: “...əməklə məşğul olmağa yönləndirmək lazımdır”
20.10.2018, 11:36

Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: “...əməklə məşğul olmağa yönləndirmək lazımdır”

Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri hələ Bakıdadır
20.10.2018, 11:33

Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri hələ Bakıdadır

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilir
20.10.2018, 11:22

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilir

Ağstafada 18 yaşlı gəlin itkin düşdü
20.10.2018, 11:10

Ağstafada 18 yaşlı gəlin itkin düşdü

Azercell-dən iPhone Xs və iPhone Xs Max ilə Limitsiz İnternet Hədiyyə!
20.10.2018, 11:00

Azercell-dən iPhone Xs və iPhone Xs Max ilə Limitsiz İnternet Hədiyyə!

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
20.10.2018, 10:53

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib

Əfqanıstanda Parlamentin Aşağı Palatasına seçkilər başladı
20.10.2018, 10:44

Əfqanıstanda Parlamentin Aşağı Palatasına seçkilər başladı

YAP Binəqədi Rayon Təşkilatı 9 ayın yekunu vurulub
20.10.2018, 10:40

YAP Binəqədi Rayon Təşkilatı 9 ayın yekunu vurulub

Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb
20.10.2018, 10:32

Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb

Bir şəklin tarixçəsi - Heydər Əliyevlə Əbdürrəhman Vəzirovun ALİ QONAĞI - FOTO   
20.10.2018, 10:27

Bir şəklin tarixçəsi - Heydər Əliyevlə Əbdürrəhman Vəzirovun ALİ QONAĞI - FOTO  

İcra başçısı aidiyyatı qurumlara nöqsanlardan nəticə çıxarmağı tapşırdı  
20.10.2018, 10:26

İcra başçısı aidiyyatı qurumlara nöqsanlardan nəticə çıxarmağı tapşırdı  

120 kiloqram fındıq oğurlayan Zaqatala sakini saxlanıldı
20.10.2018, 10:14

120 kiloqram fındıq oğurlayan Zaqatala sakini saxlanıldı

Dövlət Komitəsində Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq müzakirə olunub
20.10.2018, 10:10

Dövlət Komitəsində Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq müzakirə olunub

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib
20.10.2018, 10:00

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

Qərargah: Badamdardakı sürüşmə sahəsində yeni çatlar yaranıb
20.10.2018, 09:45

Qərargah: Badamdardakı sürüşmə sahəsində yeni çatlar yaranıb

Cəbhədə atəşkəs 30 dəfə pozulub
20.10.2018, 09:41

Cəbhədə atəşkəs 30 dəfə pozulub

ABŞ KXDR-ə qarşı sanksiyaları ləğv etməyəcək
20.10.2018, 09:28

ABŞ KXDR-ə qarşı sanksiyaları ləğv etməyəcək

Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilib
20.10.2018, 09:17

Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilib

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının öldürüldüyünü təsdiqlədi - 18 nəfər saxlanıldı
20.10.2018, 09:03

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının öldürüldüyünü təsdiqlədi - 18 nəfər saxlanıldı

ABŞ və Rusiya prezidentlərinin görüşə biləcəyi tarix açıqlanıb
20.10.2018, 08:56

ABŞ və Rusiya prezidentlərinin görüşə biləcəyi tarix açıqlanıb

Aİ-92 markalı benzinin idxalı müvəqqəti gömrük rüsumlarından azad edilir
20.10.2018, 00:58

Aİ-92 markalı benzinin idxalı müvəqqəti gömrük rüsumlarından azad edilir

Reyd zamanı 55 sürücü və piyada cərimələndi
20.10.2018, 00:46

Reyd zamanı 55 sürücü və piyada cərimələndi

Tələbələr ölümdən döndülər
20.10.2018, 00:33

Tələbələr ölümdən döndülər

“Tvitter” bu hesabları bağladı
20.10.2018, 00:17

“Tvitter” bu hesabları bağladı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - FOTO
20.10.2018, 00:09

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - FOTO

Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə çatıb
19.10.2018, 23:58

Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə çatıb

Azərbaycan neftinin qiyməti 80 dollara düşdü
19.10.2018, 23:44

Azərbaycan neftinin qiyməti 80 dollara düşdü

İstanbulda 21 əsgər həbs olundu
19.10.2018, 23:30

İstanbulda 21 əsgər həbs olundu

Gürcüstanda təbii qaz axtarışına başlanıldı
19.10.2018, 23:17

Gürcüstanda təbii qaz axtarışına başlanıldı

“Bu layihələr Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir” - Binəli Yıldırım
19.10.2018, 23:04

“Bu layihələr Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir” - Binəli Yıldırım

“Bölgədə Türkiyə və Azərbaycanın dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz” - Ərdoğan
19.10.2018, 22:54

“Bölgədə Türkiyə və Azərbaycanın dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz” - Ərdoğan

Azərbaycanlı atlet təmsil etdiyi klubdan danışdı
19.10.2018, 22:45

Azərbaycanlı atlet təmsil etdiyi klubdan danışdı

Prezident Tanrıverdi Mustafayevi TƏLTİF ETDİ   
19.10.2018, 22:28

Prezident Tanrıverdi Mustafayevi TƏLTİF ETDİ  

Messidən örnək davranış
19.10.2018, 22:27

Messidən örnək davranış

İlham Əliyev: “Türkiyə və Azərbaycan  Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır”
19.10.2018, 22:13

İlham Əliyev: “Türkiyə və Azərbaycan  Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır”

Şura 2019-cu ilin qrant müsabiqəsinin mövzularını təsdiq etdi
19.10.2018, 22:02

Şura 2019-cu ilin qrant müsabiqəsinin mövzularını təsdiq etdi

Badamdardakı sürüşmə zonasında yeni uçqunlar
19.10.2018, 21:47

Badamdardakı sürüşmə zonasında yeni uçqunlar

Əfsanəvi sahə müvəkkilinin xatirəsi əbədiləşdirilir
19.10.2018, 21:37

Əfsanəvi sahə müvəkkilinin xatirəsi əbədiləşdirilir

Tovuzda yol qəzası nəticəsində yaralananların adları məlum olub
19.10.2018, 21:24

Tovuzda yol qəzası nəticəsində yaralananların adları məlum olub

Ukraynada təbii qaz bahalaşdı
19.10.2018, 21:13

Ukraynada təbii qaz bahalaşdı

Naxçıvanda üçüncü  “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək
19.10.2018, 21:04

Naxçıvanda üçüncü  “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək

TAP-ın Albaniyadakı dəniz sahəsinin tikintisi üzrə işlər başlayıb
19.10.2018, 20:53

TAP-ın Albaniyadakı dəniz sahəsinin tikintisi üzrə işlər başlayıb

UEFA pul mükafatlarının məbləğini artırdı
19.10.2018, 20:41

UEFA pul mükafatlarının məbləğini artırdı

Qazaxıstanla mütəşəkkil cinayətkarlıq sahəsində mübarizə müzakirə edilib
19.10.2018, 20:26

Qazaxıstanla mütəşəkkil cinayətkarlıq sahəsində mübarizə müzakirə edilib

Pakistanda 6,7 bal gücündə zəlzələ
19.10.2018, 20:16

Pakistanda 6,7 bal gücündə zəlzələ

Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü
19.10.2018, 20:05

Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü

Prezident: Dünyada mövqeyi nəzərə alınan gücə çevrilirik
19.10.2018, 19:52

Prezident: Dünyada mövqeyi nəzərə alınan gücə çevrilirik

Albaniyada TAP-ın dəniz hissəsinin tikinti işlərinə başlanılıb
19.10.2018, 19:42

Albaniyada TAP-ın dəniz hissəsinin tikinti işlərinə başlanılıb

ARXİV