Modern.az

Vergilər Nazirliyi QALMAQALLI “Grand Hospital”ı yoxlamağa başladı

Vergilər Nazirliyi QALMAQALLI “Grand Hospital”ı yoxlamağa başladı

17 Yanvar 2018, 14:48

Vergilər Nazirliyi son vaxtlar mətbuatın gündəmindən düşməyən məşhur “Grand Hospital”da yoxlamalara başlayıb.


Bu barədə Modern.az-a danışan hospitalın mətbuat xidmətinin rəhbəri Türkan Məmmədli faktı təsdiqləyib:

“Müxtəlif qurumlarda yoxlamaların aparılması tam normaldır. Hər il olduğu kimi, bu il də hesabat verilir. Vergi ödəyiciləri bilir ki, yanvar ayında hesabat verilməlidir. Ən kiçik dükanda belə vergi hesabatları aparılır. Burada qeyri-adi səbəb axtarmaq lazım deyil”.

 

T.Məmmədli hospitalın adının ölüm işlərində çəkilməsinə də münasibət bildirib:

“Klinikada ölüm faktının qeydə alınması mümkündür. Hər iki hadisədə həkim səhlənkarlığının olub-olmaması araşdırmaların nəticəsində bilinəcək”.

Qeyd edək ki, 2017-ci ildə hospitalda iki ölüm faktı qeydə alınıb. Onlardan biri 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya, digəri 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımovdur.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı