14 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Azərbaycanda jurnalistlərin nə qədər maaş aldığı bəlli oldu
Azərbaycanda jurnalistlərin nə qədər maaş aldığı bəlli oldu
17.01.2018, 15:33

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2017-ci il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb.

 

Jurnalistlərin Həmkarlar İttifaqı(JuHİ) Azərbaycan jurnalistlərinin 2017-ci ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb.  JuHİ sədri Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən  ümumrespublika yayımlı 15 qəzet və 4 televiziya redaksiysının, 5 informasiya agentliyinin, 20 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 10 regional qəzet və TV-lərin  əməkdaşları  cəlb ediliblər (ümumilikdə 57 redaksiya əhatə olunub).


Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2017-ci ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb: 

 

Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında işçilərlə fərdi əmək müqavilələrinin  bağlanılması məsələsində dinamika qorunub saxlanılıb. Sorğuya cəlb edilənlərin 93  faizi (2016-ci ildə 92 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər. Amma bu sahədə  irəliləyişlərlə yanaşı, müəyyən qüsurlar da qalmaqdadır:

a)  Qüsurlar sırasında diqqət çəkən ilk məqam  fərdi  əmək müqavilələrinin müddətli bağlanılmasıdır. Azərbaycan Əmək Məcəlləsinin  45-47 maddələri  daimi fəaliyyət göstərən iş yerlərində əmək müqaviləsinin müddətli bağlanmasını istisna etsə də, KİV redaksiyalarında jurnalistlərlə əmək müqavilələrini müddətli bağlamağa üstünlük verirlər ki, bu da, işəgötürənin xeyrinə olaraq,  həmin müqaviləyə istənilən vaxt xitam vermək üçün şərait yaradır.

b) Fərdi əmək müqavilələrinin  redaksiyalarda bütün əməkdaşlara şamil edilməməsi də   problemlərdən biridir.  Bəzi redaksiyalarda  əməkdaşların müəyyən qismi ilə fərdi əmək müqavilələri bağlanılsa da, eyni redaksiyada təqribən 45 faizə qədər  əməkdaş əmək münasibətləri  rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar.

 c) Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi də   aktual olaraq qalır. Bəzi  redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı tam əks etdirmir. Bu isə KİV işçilərinin gələcəkdə pensiya təminatına neqativ təsir göstərəcək amillərdən biridir.

 d) Tibbi sığortanın tətbiq edilməsi məsələsində irəliləyiş və ya geriləmə yoxdur. Tibbi suğortanın tətbiq edilməsi vəziyyəti minimum həddə- 5  faizdən aşağıdır. 

 

Jurnalistlərin aylıq gəlirlərinin infilyasiyaya  uyğunlaşdırılması yönündə addımlar atılıb:

 

a) Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışanjurnalistlərin aylıq gəlirləri redaksiyaların durumuna görə dəyişsə də, minimal və maksimal məbləğləri müəyyənləşdirmək mümkün olub. Bu kateqoriya üzrə rəyi soruşulanların bir  qismi 350-450 manat (sorğu iştirakçılarının 6 faizi),  550-600  manat (sorğu iştirakçılarının 56 faizi), 700-900 manat (sorğu iştirakçılarının 30 faizi),  1000-1100 manat (sorğu iştirakçılarının 8 faiz)   civarında aylıq gəlir əldə etdiklərini bildiriblər.   

b) Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin  aylıq gəlirləri 250-400  manat aralığında  dəyişir.

 

c) Regional KİV-lərdə əmək haqqı:  

 

- Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 160-400 manat aralığında dəyişir.   Rəyi soruşulanlar 160-200 manat (sorğu iştirakçılarının 48 faizi), 200-250 manat (sorğu iştirakçılarının 37 faizi), 300-400 manat (sorğu iştirakçılarının 15 faizi) civarında əmək haqqı aldıqlarını bildiriblər.

- Regional televiziyalarda çalışan jurnalistlərin  aylıq gəlirləri   250- 400 manat  aralığında dəyişir.

 

d) Əmək haqqı və ya aylıq gəlir məsələsində diqqət çəkən əsas məqamlar:

-  Bəzi KİV redaksiyalarında əmək haqqının infilyasiya tempinə uyğunlaşdırılması;

- Onlayn media resurslarında əmək haqqının artım tempinin digərlərinə nisbətdə daha yüksək olmasıdır (orta aylıq əmək haqqı  kateqoriyasında ən yüksək göstərici məhz onlayn media resurslarında qeydə alınıb).

 

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2017 –ci ildə  əmək qabiliyyətli əhali üçün  müəyyən edilmiş yaşayış minimumu 164,5 manat olub.     


 Sorğu iştirakçıları 2017-cı ildə jurnalistlərin  durumlarına müsbət təsir edən amillər, həmçinin, diqqət çəkən proseslər  barədə də fikirlərini bildiriblər:

 

- Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq KİV işçiləri üçün inşa edilmiş 255 mənzillik binanın tikintisi  tamamlanmış  və mənzillər ödənişsiz  olaraq jurnalistlərə paylanılmışdır.

- Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla   dövlət və hökumət təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən tədbirlərə, həmçinin, media ilə bağlı digər formatlı toplantılara qatılaraq, jurnalistlərlə hakimiyyət təmsilçiləri arasında canlı təmasın   inkişafına,  dioloq mühitinin yaranmasına şərait yaratmışlar.   

- Azərbaycan Mətbuat Şurasının təşəbbüsüylə Milli Məclis rəhbərliyinin media təmsilçiləriylə geniş tərkibli görüşü keçirilmiş,  sərbəst dioloq mühiti  yaradılmışdır.

-  KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələri vasitəsilə 2017-cı ildə 374  nəfər jurnalist qalib olaraq mükafatlandırılmış, əlavə maddi gəlir əldə etmişlər.

- Qəzet kağızının idxalı kömrük rüsumundan azad edilmişdir. Bu da çap media qurumlarının maddi durumuna müsbət təsirini göstərmişdir.  

- “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara əlavə və dəyişikliklər edilmiş, onlayn informasiya resurslarının fəaliyyətinin tənzimlənməsinə imkan yaradılmışdır.

- Bir sıra jurnalistlərə, o cümlədən, BDU-nin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmliyə və Turan İA-nın  direktoru Mehman Əliyevə qarşı başladılan istintaq hərəkətlərinə xitam verilmişdir.


Sorğu iştirakçıları 2017-ci ildə onları qayğılandıran problemlərlə bağlı fikirlərini də açıqlayıblar: 

- Jurnalistik fəaliyytlə bağlı olmasa da, xəbər istehsalı sahəsində fəaliyyət göstərən bir neçə şəxsin, o cümlədən,  Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucovun, blogger Mehman Hüseynovun, Əfqan Muxtarlının həbs edilmələri birmənalı qarşılanmayıb. 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tramp Meylə telefonda dalaşdı - SƏBƏB
14.11.2018, 12:30

Tramp Meylə telefonda dalaşdı - SƏBƏB

Deputat: “Bu, səhiyyənin inkişafına real təsir edəcək”
14.11.2018, 12:29

Deputat: “Bu, səhiyyənin inkişafına real təsir edəcək”

ATƏT cəbhədə monitorinq keçirdi 
14.11.2018, 12:25

ATƏT cəbhədə monitorinq keçirdi 

Ötən ay 765 əcnəbi ölkədən çıxarılıb
14.11.2018, 12:15

Ötən ay 765 əcnəbi ölkədən çıxarılıb

Azərbaycana gətirilən külli miqdarda zinət əşyaları tutuldu   
14.11.2018, 12:13

Azərbaycana gətirilən külli miqdarda zinət əşyaları tutuldu  

Bakıda evdən 10 min manatlıq qızıl oğurlandı
14.11.2018, 12:05

Bakıda evdən 10 min manatlıq qızıl oğurlandı

Bakıda avtobusdan yıxılan 78 yaşlı qadın dünyasını dəyişdi
14.11.2018, 11:58

Bakıda avtobusdan yıxılan 78 yaşlı qadın dünyasını dəyişdi

İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib - FOTO
14.11.2018, 11:52

İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib - FOTO

Sumqayıtdakı“Karvan” ticarət mərkəzi yenə YANDI   
14.11.2018, 11:50

Sumqayıtdakı“Karvan” ticarət mərkəzi yenə YANDI  

Samuxda elektrik yarımstansiyasında partlayış - yaralılar var 
14.11.2018, 11:45

Samuxda elektrik yarımstansiyasında partlayış - yaralılar var 

Ali məktəblərə kollec təhsili vermək hüququ verilib
14.11.2018, 11:44

Ali məktəblərə kollec təhsili vermək hüququ verilib

İstilik vaxtından əvvəl verilib – RƏSMİ
14.11.2018, 11:38

İstilik vaxtından əvvəl verilib – RƏSMİ

Gözəl Bayramlının cəzası azaldıldı
14.11.2018, 11:36

Gözəl Bayramlının cəzası azaldıldı

Məmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMA
14.11.2018, 11:20

Məmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMA

Hökumət neftin qiymətinə görə risk edir... - Ekspert ŞƏRHİ   
14.11.2018, 11:17

Hökumət neftin qiymətinə görə risk edir... - Ekspert ŞƏRHİ  

Uşaqları döyən bağça müdirinə cinayət işi açıldı
14.11.2018, 11:10

Uşaqları döyən bağça müdirinə cinayət işi açıldı

Polis evində narkotik gizlədən şəxsi saxladı
14.11.2018, 10:54

Polis evində narkotik gizlədən şəxsi saxladı

Nazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİV
14.11.2018, 10:48

Nazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİV

“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında ətraf mühit sərgisi keçirilir
14.11.2018, 10:36

“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında ətraf mühit sərgisi keçirilir

BANM-ın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub
14.11.2018, 10:32

BANM-ın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub

Nazirlik 529 işçi axtarır
14.11.2018, 10:25

Nazirlik 529 işçi axtarır

Mədət Quliyev Gəncə hadisələrindən DANIŞDI: 60 nəfər həbs olunub, 5 nəfər silahlı məhv edilib   
14.11.2018, 10:24

Mədət Quliyev Gəncə hadisələrindən DANIŞDI: 60 nəfər həbs olunub, 5 nəfər silahlı məhv edilib  

Bu tarixdən jalüzlü maşınların sürücülərini CƏRİMƏLƏYƏCƏKLƏR  
14.11.2018, 10:17

Bu tarixdən jalüzlü maşınların sürücülərini CƏRİMƏLƏYƏCƏKLƏR  

Məmur olmaq istəyənlər yenə sınağa çəkiləcək
14.11.2018, 10:12

Məmur olmaq istəyənlər yenə sınağa çəkiləcək

UEFA “Vorskla” və “Qarabağ”a qarşı intizam işi açdı
14.11.2018, 10:09

UEFA “Vorskla” və “Qarabağ”a qarşı intizam işi açdı

Göyçayda evində narkotik gizlədən saxlanıldı
14.11.2018, 10:04

Göyçayda evində narkotik gizlədən saxlanıldı

Teleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏL
14.11.2018, 09:49

Teleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏL

Şəkidə çörək sexi yanıb
14.11.2018, 09:33

Şəkidə çörək sexi yanıb

Daşkəsəndə dəhşətli YANĞIN - 4-ü uşaq olmaqla 5 nəfər öldü - TƏFƏRRÜAT - YENİLƏNİB
14.11.2018, 09:30

Daşkəsəndə dəhşətli YANĞIN - 4-ü uşaq olmaqla 5 nəfər öldü - TƏFƏRRÜAT - YENİLƏNİB

Atəşkəsin pozulması intensivliyi artıb
14.11.2018, 09:26

Atəşkəsin pozulması intensivliyi artıb

Tanınmış jurnalistlər Ayaz Mütəllibovu QKÇP ilə bağlı SUÇLADILAR    
14.11.2018, 09:22

Tanınmış jurnalistlər Ayaz Mütəllibovu QKÇP ilə bağlı SUÇLADILAR  

Azərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq
14.11.2018, 09:18

Azərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq

Türkiyə 19 terrorçunu məhv etdi
14.11.2018, 08:47

Türkiyə 19 terrorçunu məhv etdi

“Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm” - MÜSAHİBƏ   
14.11.2018, 08:31

“Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm” - MÜSAHİBƏ  

Kaliforniyadakı meşə yanğınlarında ölənlər 48 nəfərə çatdı
14.11.2018, 08:13

Kaliforniyadakı meşə yanğınlarında ölənlər 48 nəfərə çatdı

Bu gün Bakının bəzi rayonlarında qaz olmayacaq
14.11.2018, 08:09

Bu gün Bakının bəzi rayonlarında qaz olmayacaq

Manatın MƏZƏNNƏSİ dəyişmədi
14.11.2018, 07:57

Manatın MƏZƏNNƏSİ dəyişmədi

Türkiyədə bələdiyyə sədri vuruldu   
14.11.2018, 00:47

Türkiyədə bələdiyyə sədri vuruldu  

Avropada vahid ordu yaradılır
14.11.2018, 00:33

Avropada vahid ordu yaradılır

Solari "Real"ın baş məşqçisi oldu
14.11.2018, 00:15

Solari "Real"ın baş məşqçisi oldu

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO
14.11.2018, 00:01

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi
13.11.2018, 23:46

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi

Azərbaycan nefti bahalaşdı
13.11.2018, 23:29

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”
13.11.2018, 23:16

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü
13.11.2018, 23:02

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü

Qusarda sərxoş qəssab yıxılıb öldü
13.11.2018, 22:43

Qusarda sərxoş qəssab yıxılıb öldü

Yunanıstanda təyyarə qəzaya uğradı
13.11.2018, 22:30

Yunanıstanda təyyarə qəzaya uğradı

Türkiyə ordusu 19 terrorçunu məhv etdi
13.11.2018, 22:17

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Şabranda yol qəzasında piyada öldü
13.11.2018, 22:04

Şabranda yol qəzasında piyada öldü

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO
13.11.2018, 21:50

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO

ARXİV