Modern.az

Azərbaycan - Avropa İttifaqı danışıqları Avropa Parlamenti komitələrinin gündəliyinə daxil edildi

Azərbaycan - Avropa İttifaqı danışıqları Avropa Parlamenti komitələrinin gündəliyinə daxil edildi

17 Yanvar 2018, 15:46

Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş müzakirə olunacaq.

 

Bu barədə Trend Avropa Parlamentinin saytına istinadən məlumat verir.

 

22-23 yanvar tarixlərində keçiriləcək iclasda “Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli saziş üzrə danışıqlarla bağlı Avropa İttifaqına, Avropa İttifaqı Şurasına və Avropa Komissiyasına tövsiyələr” üzrə hesabat müzakirə olunacaq.

 

Hesabat finlandiyalı parlamentari Hannu Takkul tərəfindən təqdim ediləcək.

 

Rumıniyalı parlamentari Norika Nikolai isə hesabatını yanvarın 23-də Xarici əlaqələr komitəsində təqdim edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir