Modern.az

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

17 Yanvar 2018, 16:10

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci ildə keçiriləcək buraxılış, qəbul və sınaq imtahanların tarixlərini elan edib.

DİM tərəfindən yaxın aylar ərzində keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanlarının, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin, ümumi orta (9 illik) təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının birinci mərhələsinin,sınaq imtahanlarının tarixləri müəyyən olunub.

 

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

 

Maraqlıdır, ötən ilki qəbul imtahanları zamanı ödənişli xidmətlərin tariflərində bu il dəyişiklik gözlənilirmi?

 

DİM-in mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında belə halın gözlənilmədiyini bildirib.

 

“Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur.  “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin 2017-ci il 24 fevral tarixli sərəncamına əsasən əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq şəxslərin təhsilini davam etdirməsini təmin etməkdir”.

 

Bildirib ki , ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq məqsədi ilə orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan olan Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək:

 

1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

 

Xatırladaq ki, ilk dəfə imtahanlarda iştirak edənlərin ödənişdən azad edilməsi ötən il də mövcud olub.

Qeyd edək ki, ötən il qəbul imtahanında bir dəfə iştiraka görə ödəniş 40 manat idi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?