Modern.az

Şimali və Cənubi Koreya Olimpiadaya eyni bayraqla qatılacaq

Şimali və Cənubi Koreya Olimpiadaya eyni bayraqla qatılacaq

Aktual

17 Yanvar 2018, 18:44

Şimali Koreya və Cənubi Koreya komandaları gələn ay Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində vahid bayraq altında iştirak edəcək.

 

APA-nın CNN-ə  istinadən verdiyi xəbərə görə, bu barədə Pxanmuncom sərhəd məntəqəsində Şimali Koreya və Cənubi Koreya nümayəndə heyətləri arasında keçirilmiş danışıqlar zamanı razılığa gəlinib.

 

Bundan başqa, hokkey yarışlarında Şimali Koreya və Cənubi Koreya vahid komanda ilə təmsil olunacaq.

 

Qeyd edək ki, Şimali Koreya Oyunlara 150 nəfərdən ibarət heyət göndərməyə razılıq verib. Oyunlara gələn ayın əvvəlində start veriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır