Modern.az

Ekologiyanı çirkləndirən 763 nəfər cərimələnib

Ekologiyanı çirkləndirən 763 nəfər cərimələnib

17 Yanvar 2018, 18:56

Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə 2017-ci ildə inzibati məsuliyyətə cəlb olunmuş 763 nəfər vəzifəli şəxs və vətəndaşlardan 823 min manat məbləğində cərimə tutulub.

 

Modern.az məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2017-ci ildə 1208 müəssisədə müvafiq müayinələr aparılıb və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər dörd müəssisədən birində, atmosfer havasının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş hər üç müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

 

2018-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 209,1 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 322,3 min hektar olan 9 milli park və sahəsi 361,2 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcud olub. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi