Modern.az

“Bitcoin” 10 min dollaradək ucuzlaşdı

“Bitcoin” 10 min dollaradək ucuzlaşdı

17 Yanvar 2018, 19:51

“Bitcoin”in dəyəri 10 min dollardan aşağı düşüb.  Modern.az  APA-ya istinadən xəbər verir ki, bu, “Coindesk” portalındakı rəqəmlərdə öz əksini tapıb.

 

Belə ki, 2017-ci ilin noyabrından bəri ilk dəfə bu gün “Bitcoin”in qiyməti 9,707 dollara enib. Ötən ilin dekabrında isə “Bitcoin” rekord həddə - 20 min dollara qədər bahalaşıb.

 

Qeyd edək ki, Çin və Cənubi Koreyanın “Bitcoin”lə əməliyyatların aparılmasını məhdudlaşdırmaq və ya qadağan etmək istəyi ilə bağlı yayılan xəbərlər bu kriptovalyutanın ucuzlaşmasına səbəb olub. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir