Modern.az

İtkin düşən alpinistlərin axtarışı nəticə vermir - FOTOLAR

İtkin düşən alpinistlərin axtarışı nəticə vermir - FOTOLAR

Aktual

17 Yanvar 2018, 20:01

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları davam etdirilir. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır.

 

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin, onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

 

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

 

Əlavə məlumat veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür