Modern.az

Tramp jurnalisti mətbuat konfransından qovdu

Tramp jurnalisti mətbuat konfransından qovdu

Dünya

17 Yanvar 2018, 21:14

ABŞ prezidenti Donald Tramp CNN-in müxbiri Cim Akostanı Oval saraydan qovub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Donald Trampla Qazaxıstan prezident Nursultan Nazarbayevin Oval sarayda keçirdiyi birgə mətbuat konfransı zamanı qeydə alınıb.

 

CNN müxbiri Cim Akosta ABŞ prezidentindən soruşub: “ABŞ-a daha çox Norveç vətəndaşlarının gəlməsini istəməyiniz doğrudurmu?”

Donald Tramp suala cavabında deyib: “Mən onların hər yerdən gəlməsini istəyirəm”. Cim Akosta yeni bir sual vermək istəyəndə ABŞ prezidenti onu barmağı ilə göstərərək “Buranı tərk et”-, deyib.

 

C.Akosta “Twitter” hesabında bu haqda belə yazıb: “Üzümə bağırıb sualımı verməyə qoymamağa çalışdılar. Əvvəllər belə bir hadisə ilə heç vaxt qarşılaşmamışdım”.

 

Ağ ev administrasiyası məsələ ilə bağlı açıqlama verməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır