Modern.az

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır

17 Yanvar 2018, 21:43

Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti uzadılır. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə  Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejiminin növbəti dəfə uzadılmasını məqsədəuyğun sayıb.

 

Məlumata görə, bu qərar Türkiyə Milli Təhlükəsizlik Şurasının yanvarın 17-də keçirilən iclasında qəbul olunub.

 

Toplantıda Afrində antiterror əməliyyatının keçirilməsi və ölkədə fövqəladə vəziyyət rejiminin uzadılması məsələləri müzakirə olunub.

 

Hər iki məsələ ilə bağlı yaxın zamanda Nazirlər Şurası toplantı keçirəcək.

 

Qeyd edək ki, 2016-cı il iyulun 20-dən tətbiq edilən fövqəladə vəziyyət rejiminin tətbiqi müddəti yanvarın 19-da başa çatır. Ötən müddət ərzində bu rejimin müddəti 6 dəfə uzadılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı