Modern.az

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı

17 Yanvar 2018, 23:00

Tovuzda iki piyadanı maşın vurub. Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 2005-ci il təvəllüdlü Adıgözəlov Emin İbrahim oğlu və 2002 -ci il təvəllüdlü Axundov Tapdıq Əşrəf oğlu yolun kənarında dayanarkən onları naməlum avtomobil vurub.

Xəsarət alan piyadalar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, E.Adıgözəlovun vəziyyəti orta-ağır, Tapdıq Axundov isə normaldır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!