Modern.az

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı

Aktual

18 Yanvar 2018, 00:15

Bakının Nəsimi rayonunda 21 yaşlı oğlan bıçaqlanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Əcəmi" stansiyasının yaxınlığında qeydə alınıb.

 

Hadisə nəticəsində 1997-ci il təvəllüdlü Əliyev Ziyadxan İbrahim oğlu bıçaq xəsarətləri alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyat olunan gəncin vəziyyəti ağır olaraq qalır.

 

Məlumata görə, 21 yaşlı Z.Əliyev tanımadığı bir şəxslə qız üstündə mübahisə edib və bıçaq xəsarətləri alıb.

 

Faktla bağlı Nəsimi RPİ-də istintaq araşdırmaları aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir