Modern.az

Qızılcadan ölənlərin sayı artır

Qızılcadan ölənlərin sayı artır

Aktual

18 Yanvar 2018, 00:31

Ukraynada qızılca xəstəliyindən daha bir nəfər ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, son bir ildə Ukraynada qızılca xəstəliyindən 7 nəfər ölüb. Xəstəlikdən ölənlərdən 4-ü uşaqdır.

 

Ötən il isə ölkədə 4782 nəfər qızılca xəstəliyinə tutulub. Bu ilin yanvar ayı ərzində isə artıq 1285 nəfər bu xəstəliyə yoluxub.

 

Ukrayna Səhiyyə Nazirliyinin məlumatında isə bildirilir ki, ölkədə qızılcaya qarşı 500 min flakondan çox vaksinasiya var. Apreldə UNICEF Ukraynaya daha 1 milyon flakon vaksinasiya göndərəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı