Modern.az

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək

18 Yanvar 2018, 00:47

“Türkiyə öz sərhədlərində terrorçuların nəzarəti altında olan zonanın formalaşmasına imkan verməyəcək. Regionda terrorçuların ordu yaradılmasının qarşısını almaq üçün bütün zəruri addımları atacaq”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantının yekunlarına dair qəbul edilən bəyanatda bildirilir.

Sənəddə vurğulanır ki, ölkənin sərhədləri, Türkiyə vətəndaşlarının və region əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ilk mərhələdə Suriyanın qərbindən təhdidlərin qarşısını almaq üçün təcili və qəti addımlar atılacaq.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həftə ərzində Suriyanın Mənbic və Afrin bölgələrində YPG qüvvələrinə qarşı əməliyyatın keçirilə biləcəyini bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər