Modern.az

Ötən gün axtarışda olan 27 nəfər saxlanıldı

Ötən gün axtarışda olan 27 nəfər saxlanıldı

18 Yanvar 2018, 09:08

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 17-dən 18-dək 110 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub