Modern.az

Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək

18 Yanvar 2018, 10:52

Fevralın 4-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.


Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a bildirilib ki, imtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 18 yanvar saat 10:00-dan 31 yanvar saat 10:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.


İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan “Hesaba” daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.


Namizədlər imtahana yazılmaq üçün “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”>“Sınaq imtahanının növü” >“Magistratura səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq/mag səhifəsində YENİ İSTİFADƏÇİ  kimi qeydiyyatdan keçib imtahan binasını seçməlidirlər.


Sınaq imtahanının məqsədi  bakalavrlara münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə onların verbal və riyazi məntiqini, fəza təfəkkürünü , İKT və xarici dil üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi