Modern.az

Azərbaycan xaricdən eşşək almaqdan imtina edib  

Azərbaycan xaricdən eşşək almaqdan imtina edib   

18 Yanvar 2018, 11:04

2016-2017-ci illərdə Azərbaycana uzunqulaq idxal edilməyib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.


R.Süleymanovun sözlərinə görə, 2017-ci ildə ölkədə 35 816 baş uzunqulaq mövcud olub:

“2014-cü ildə respublikada 39 992 baş, 2015-ci ildə 35 816 baş uzunqulaq olub. 2016-cı ildə uzunqulaqların sayı 34 068 baş təşkil edib. 2017-ci il üzrə dəqiq statistika isə cari ilin fevral ayında əldə ediləcək”.

 

Rəsmi məlumata görə, uzunqulaqların çox hissəsindən, yəni 78,3 faizi regionlarımızda əsasən yük daşımalarında istifadə olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad, Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı, Şərur və Şahbuz rayonlarında istifadə edilir.
 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi