Modern.az

Anna Netrebko və Yusif Eyvazov Moskva Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəklər

Anna Netrebko və Yusif Eyvazov Moskva Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəklər

Aktual

18 Yanvar 2018, 10:45

Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) fevralın 7-də Moskva Filarmoniyasının P.Çaykovski adına zalında konsert proqramı ilə çıxış edəcəklər.

 

İfaçıları Rusiya Milli Filarmonik Orkestri müşayiət edəcək. Dirijor SSRİ Xalq Artisti Vladimir Spivakovdur.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər