Modern.az

Dəhşətli qəza: 52 nəfər diri-diri yanaraq öldü

Dəhşətli qəza: 52 nəfər diri-diri yanaraq öldü

18 Yanvar 2018, 11:16

Qazaxıstanda 52 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Aktyubinsk vilayətinin İrgiz rayonunda baş verib.

 

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Samara-Şimkent yolu ilə hərəkət edən avtobusun qəzaya düşərək alışması zamanı 52 nəfər diri-diri yanaraq ölüb.

Daha 5 nəfər isə xilas olaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı ölənlərin hamısının Özbəkistan vətəndaşı olduğu bildirilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir