Modern.az

Tanınmış yazıçı Nahid Hacızadə vəfat edib  

Tanınmış yazıçı Nahid Hacızadə vəfat edib   

18 Yanvar 2018, 11:47

Tanınmış yazıçı-jurnalist, ssenari müəllifi, kino redaktoru Nahid Hacızadə bu gün səhər dünyasını dəyişib. Modern.az xəbər verir ki, bu barədə məlumatı onun həmkarları sosial mediada paylaşıblar.
 

Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Nahid Rəhim oğlu Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hson vaxtlar Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru vəzifəsində işləyirdi.

Nahid Hacızadə həm də dramaturq idi. Onun bir sıra əsərlər müxtəlif teatrlarda tamaşaya qoyulub.

 Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib. Müəllifin "Son qəmin olsun, Vətən!", "Qayalarda qalan səs" və "Yaşa, ey haqq" filmləri Qızıl Fonda daxil edilib.

Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Redaktorluqdan şirkətin sədr müavini vəzifəsinə qədər yüksəlib.

Yazıçının müxtəlif illərdə yazdığı hekayə və povestləri təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də çap olunub.

Allah rəhmət eləsin...

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı