Modern.az

Ermənistanın Qarabağ danışıqlarında diz çökməsi üçün SƏBƏBLƏR - bütün “nəfəslik”lər TUTULUB

Ermənistanın Qarabağ danışıqlarında diz çökməsi üçün SƏBƏBLƏR - bütün “nəfəslik”lər TUTULUB

18 Yanvar 2018, 12:21

Ermənistan yürütdüyü işğalçı siyasət və diplomatiyada tutduğu qeyri-konstruktiv mövqeyə görə regional və beynəlxalq əhəmiyyətli bütün layihələrdən kənarda qalıb.

 

Buna görədir ki, Ermənistan özünə “nəfəslik” axtarır, özünü hansısa layihənin iştirakçısına çevirmək istəyir. Amma bütün bunlar əbəsdir, çünkiErmənistanın əsas müttəfiqi Rusiyadan iqtisadi və siyasi cəhətdən asılıdır ki, bu da rəsmi Yerevanln müstəqil siyasi kurs yeritməsinə mane olur.

 

Həm də Qərbin Rusiyaya artan təzyiqləri fonunda Ermənistanın da Qərbin dəstəklədiyi və xüsusi önəm verdiyi layihələrdən pay alması müşkülə çevrilir.

 

Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ( BTC ), Bakı-Tbilisi-Qars dəmiryolu xətti (BTQ), TANAP və bu kimi bir sıra böyük layihələrdən kənar qalması, tədricən, bu ölkənin ümumən dünyadan təcrib olunmasına gətirib çıxara bilər.

 

Eyni məsələ ilə bağlı erməni cəmiyyəti də açıq şəkildə etiraf və dövlətə etiraz edirlər ki, son proseslər Ermənistanın regional inteqrasiyadan kənarda qalmasını daha da sürətləndirir.

 

Bütün bunlarn fonunda Ermənistanda iqtisadi böhran da yaşanır, ölkə uçurumun astanasındadır.  Ölkədə tüğyan edən bahalaşma Ermənistanı məngənədə sıxır. Ermənistanın belə tale yaşamasının birinci səbəbi isə Yerevanın yürütdüyü işöalçı siyasətdir, yəni Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu təcavüzkar mövqedir.

 

Azərbaycan rəhbərliyi qeyd edir ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığı təqdirdə bu iki ölkə arasında heç bir iqtisadi və siyasi əməkdaşlıqdan söhbət gedə bilməz.

Erməni politoloqları isə son illər ərzində Azərbaycanın Ermənistanın bölgədəki mövqelərinin bərbad günə düşdüyünü qeyd edirlər. Onlar ın bir qisminin fikrincə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin qalmasında maraqlı olduğuna görə bütün əhəmiyyətli layihələrə həsrətlə baxır.

Ermənistan hökuməti ölkəni bu durumdan çıxarmaq üçün ayrı-ayrı dövlətlərin nümayəndələrini çağıraraq bir sıra böyük layihələr işləyib hazırlasalar da, bu layihələrin hələki heç biri nəticə vermir.

 

Bütün bunlar isə bir sualı gündəmə gətirir: Kökündə iqtisadi amillər dayanan bu məsələ Ermənistanı danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə vadar edə bilərmi?

 

Azərbaycanın sabiq xarici işlər naziri, palitoloq Tofiq Zülfüqarov Modern.az-a bildirib ki, Cənubi Qafqazda Ermənistan kimi kiçik dövlətlərin iqtisadi inkişafının əsasını regional əməkdaşlıq təşkil edir.

 

“Əgər bu ölkələr belə regional layihələrdən tam şəkildə kənardadırlarsa, deməli onların iqtisadi və siyasi gələcəyinə ümid yoxdur. Ölkədə baş verən bütün bu proseslərin təsiri də erməni cəmiyyətində kəskin şəkildə müşahidə olunur.

 

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, onun regional layihələrdən kənarda qalmasına səbəb olub”-T. Zülfüqarov belə bildirib.

 

Onun sözlərinə görə, işğalçı siyasəti olmadığı təqdirdə Azərbaycanın Ermənistanla normal əlaqələri olsaydı, bu proyektlərin bir qismində ermənilərin iştirakı istisna olunmurdu.

“Amma təəssüflər olsun ki, Ermənistan hələ də öz işğalçı siyasətinə davam edir.Bütün bunları nəzərə alaraq deyə bilərik ki, strateji baxımdan Ermənistan bir dövlət olaraq uduzacaq”.

 

Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı məsələyə Ermənistan cəmiyyətinin necə münasibət göstərdiyindən danışıb.

 

Q. Çaxmaqlı qeyd edib ki,  Ermənistanda seçki öncəsi ciddi, üsyanabənzər iğtişaşlar geniş şəkil alacaq.

 

O hesab edir ki, buna səbəb Ermənistanın məhz regional layihələrdən kənarda qalmasıdır.

“Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etdikdən sonra Azərbaycan enerji mənbəyi olaraq Emənistanın iştirakını bütün layihələrdən istisna elədi və beləliklə Ermənistan zamanla reallaşan  bu layihələrdən kənarda qaldı. Bu, təbii bir proses idi. Erməni cəmiyyəti də bu səbəbdən çox ağır bir vəziyyətə düşüb və hazırda Ermənistan iqtisadiyyatı iflic vəziyyətindədir.Görülən tədbirlərin əksinə olaraq xalqın güzəranı günü-gündən ağırlaşır.Təbii ki, erməni cəmiyyəti də buna görə hakimiyyəti suçlayır”.

 

Qafar Çaxmaqlı ehtimal edir ki, Ermənistanda seçki ərəfəsində ayrı-ayrı siyasi qüvvələr Serj Sarkisyan rejimini devirib onun yerinə keçmək təşəbbüsündə bulunacaqlar.

 

“Bildiyimiz kimi, Ermənistan artıq prezident üsuli-idarəsindən imtina edərək parlament üsuli-idarəsinə keçib. Qarşıdakı aylarda Ermənistanda ciddi iğtişaşların geniş şəkil alacağı inkar oluna bilməz və bu proses elə belə də davam ecəcək. Deməli Ermənistanın bu layihələrdən, xüsusən də son zamanlarda Bakı-Tiflis-Qars dəmiryolu layihəsindən  kənarda qalması erməni cəmiyyətini hərəkətə gətirib.

Hələ bu layihə haqqında danışıqlar gedərkən, erməni məmurları bu layihənin iqtisadi cəhətdən faydalı olmaması ilə bağlı uzun-uzadı əsassız səbəblər gətirirdi.

 

Gürcüstanda Saakaşvilinin yerinə gələn yeni hakimiyyətin buna imkan verməyəcəyinə ümid bəsləyirdilər. Ermənilər Gürcüstan vasitəsilə yüklərini Avropaya göndərə biləcəklərini düşünsələr də, bu reallaşmadı. Çünki Azərbaycan və Türkiyə buna ciddi şəkildə etiraz etdi və Ermənistan yükləri aparılmadı. Onların alternativ yolları isə qış aylarında tamamilə qar ilə dolur. Beləliklə, onların bütün ümidləri boşa çıxdı”.

 

Q.Çaxmaqlının sözlərinə görə, Ermənistan iqtisadiyyatı çox ciddi iqtisadi partlayış səviyyəsinə gəlib çatıb.

 

“Hazırda Ermənistan prezidenti Ermənistanda olan əsas siyasi təşkilatları öz tərəfinə çəkərək, yaranan gərginliyi azaltmaq üçün həmin partiyaların nümayəndələrini parlamentə daxil edib. Ermənistan nə qədərki, işğal siyasətini davam etdirir, regional lahiyələrdən təcrid olunması təbiidir. Qeyd edimki, Ermənistan yalnız o zaman regional lahiyələrdən faydanlana bilər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hər-hansısa irəliləyiş olsun, nəticə etibarilə işğal etdiyi əraziləri boşaldaraq Azərbaycana geri qaytarsın”.

 

Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki, Ermənistan cəmiyyət olaraq “ya Qarabağ, ya beynəlxalq layihələr” deyərək Qarabağı seçdilər və beləliklə regional layihələrdən imtina etdilər.

 

“Ermənistan indi deyil, hələ 90-cı illərin sonlarından beynəlxalq layihələrdən kənarda qalıb. 90-cı illərin sonlarını ona görə vurğulayıram ki, Bakı - Tbilisi- Ceyhan neft boru kəməri layihəsində mövcud marşrutlardan biri də məhz Azərbaycan-Ermənistan-Türkiyə Aralıq dənizi marşrutu idi. Yəni mən bunu tarixi ekskursiya kimi xatırladıram. Biz bilməliyik ki, Ermənistan bu yolu seçdikdən sonra istər qaz kəməri, istərsə də dəmiryolu layihələrindən kənarda qalır.  

 

Bu diplomotik əlaqəsi olmayan, torpaqlarımızı işğal edən bir ölkənin mövqeyidirsə, biz onların seçiminə qarışa bilmərik. Yəni bu bizim üçün aydın olmalıdır ki, ermənilər alternativ elə bir beynəlxalq proyekt görmürlər ki, bu onların həyatını dəyişsin və onlar da bizim torpaqlarımızı işğaldan azad edib Qarabağdan əl çəksinlər. Təbii olaraq da, Ermənistan əgər belə bir yol seçibsə, seçdikləri yolun ağrısını, acısını çəkirlər, lakin bircə bu yoldan əl çəkmirlər”.

Ekspert vurğulayıb ki, Ermənistan Rusiyanın müttəfiqi olsa da, Moskva bir sıra iqtisadi məsələlərdə Yerəvana güzəştə getmir.

 

“Qeyd etmək istərdim ki, hazırda Ermənistanda benzinin 1 litri 1 dollardır. Benzin əvvəlcə Rusiyadan Batumiyə, Batumidən dəmiryolu vasitəsilə Ermənistana gətirildikdən sonra öz istehlakçılarına çatır. Rusiya öz sərhədlərində qazı Ermənistana 150 dollara satır, amma Rusiyanın törəmə şirkəti olan “Qazprom Armenia” əhali qurupundan olan  istehlakçılara bu ilin yanvar ayının 1-dən etibarən qazı artıq 281 dollara verir.

 

Lakin Ermənistan görür ki, Azərbaycan və Gürcüstan Rusiyanın iqtisadi asılılığından qurtulub,  enerji təhlükəsizliyi və iqtisadiyyata yatırım baxımından bir sıra naliyyətlər əldə edib.

 

Gürcüstan  özünü Azərbaycanla əməkdaşlıqda daha sərfəli qiymətlərlə həm bir tranzit ölkəsi olaraq, həm dostluq - əməkdaşlıq çərçivəsində əsl nümunə kimi göstərir”-İ. Şaban belə bildirib.

 

Ekspert çevələrinin fikirlərini və Ermənistanın özünün rəsmi bəyanatlarını ümumiləşdirib belə mülahizə yeritmək olar ki, Emənistan iqtisadi maraqlarını ön plana çəkib Dağlıq Qarabağ məsələsində güzəştə gedə bilər.

Əslində Ermənistan buna məcburdur, çünki bu zamana qədər güvəndiyi qüvvə - orduda da itkilər çoxalır. 2016-cı ilin aprelində cəbhədə baş verən döyüşlərdə də Azərbaycanın qələbəsi Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi.

 

Bir sözlə, Ermənistan başa düşdü ki, hərbi gücü də kasaddır və bütün bunlara görə, Ermənistanın Qarabağ məsələsində güzəştə getməkdən başqa yolu qalmır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır