Modern.az

Bir başqa İstanbul - Kapalıçarşı - REPORTAJFOTOLAR

Bir başqa İstanbul - Kapalıçarşı - REPORTAJ - FOTOLAR

18 Yanvar 2018, 12:34

Fotoqraf olan rəfiqəm Selda dedi ki, İstanbulda Kapalıçarşının şəkillərini çəkməyə gedəcək.  Mənim ona yoldaşlıq etməyimi təklif etdi. Kim professional fotoqrafçıyla tarixi məkana getməzdi? Həmən razılaşdım. O, "Çarşı pazar" gəzmişkən, mən də "həm ziyarət, həm ticarət dedim".


Modern.az-ın oxucularını qiyabi olaraq tarixi Kapalı Çarşı turuna çıxarmağa qərar verdim...


Dünyada ən köhnə, bağlı sahədəki ən böyük çarşı-bazarlardan biri olan Kapalıçarşı İstanbulun Eminönü səmtində yerləşir. Yerli sakinlərlə yanaşı,  turistlərin maraqla gəzdiyi məkandır. 

Kapalıçarşı və ya diğər adı Grand Bazaar olan bu ticarət obyetinin təməli 1461-ci ildə Fatih Sultan Mehmet dönəmində qoyulub. İndiyədək populyarlıöını itirməyən tarixi məkana girdiyimizdə çox diqqətli olmalıyıq. Çünki labirint şəklində olan bazarı dəfələrlə ziyarət edən şəxs belə yolunu itirə bilər.

İnanılması çətin olsa belə, bu bazarın içində 66 küçə və 4000-dən artıq dükan var. Köhnə İstanbulun ən böyük alış-veriş mərkəzi olan çarşı sanki fərqli bir şəhərdir. Bura sadəcə, bazar deyib keçə bilmərik. Bazarın içində 5 məscid, 1 məktəb, 7 su çeşməsi, 10 quyu var. Bazara giriş üçün fərqli yerlərdə  21 qapı yerləşir. Eyni zamanda, bazarın içində  17 xan var.

Bir məsələni xatırladım ki, Osmanlı dönəmində Kapalıçarşının içində yaşayanlar burdan kənara çıxa bilməzlərmiş. O zaman burda xarici ölkələrdən gələn dəyərli əşyalar satılırmış. Eyni zamanda, savaşlarda əldə edilın qənimətlər də burada alış-verişə çıxarılarmış. Kapalıçarşı həm də İstanbul zənginlərinin alış-veriş etdikləri ən məşhur məkan olub. 


Hazırda isə bura demək olar ki, qızıl məkanıdır. Türkiyənin qızıl bazarında Kapalıçarşı önəmli yer tutur və bura özəlliklə izlənir.
İstanbulun bir nömrəli alış-veriş məkanı sayılan Kapalıçarşıda xüsusilə qeyri-adi qızıl və hədiyyəlik əşyalar satılırı.

Əslində bu məkan həm də tarixi abidədir. İllər keçir, amma Kapalıçarşı hələ də Osmanlıdan qalma memarlıq görüntüsünü saxlayır.

Burdakı bir sıra köhnə evlərin qapısı baglıdır. Onlar tarixi abidə sayılır və giriş ödənişlidir. Burda qeyri-adi və köhnə üslublu qiymətli əl işi olan xalıların satıldığını da görmək olar.

Türkiyəyə gələn xarici iş adamları və diplomatik nümayəndələr mütləq Kapalıçarşını gəzirlər.

Kapalıçarşı həm də tarixi filmlərin çəkildiyi məkandır. 24 saat fəaliyyətdə olan çarşıda nə istərsən, tapmaq olur.

Kapalıçarşıya hər il 150 milyondan çox ziyarətçinin gəldiyini desək, bu məkanın nəhəngliyini dəqiq anlatmış olarıq.

Kapalıçarşı Esnaflar Dərnəyi başqanı Hasan Fıratla da təsadüfən orda rastlaşdıq. Müsahibə vermək istəməsə də, dedi ki, bu çarşını bir günə gəzib bitirə bilməzsiniz.

"Dünyada ikinci belə bazar yoxdur. Amerikada belə, ən böyük bazarda 1200 iş yeri var".

Mən Hasan bəyin məsləhtinə qulaq asıb geri döndüm... Nə də olsa İstanbuldayıq...

Əgər sizlər İstanbula gəlsəniz və bu çarşını görməmisinizsə, onu görməli yerlər siyahısına mütləq əlavə edin...

 

Məhsəti Şərif,
Türkiyə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir