Modern.az

Bərdənin Təhsil Şöbəsi qaçırılan müəlliməyə XEYİR-DUA VERDİ: “Öz razılığı olub” - YENİLƏNİB

Bərdənin Təhsil Şöbəsi qaçırılan müəlliməyə XEYİR-DUA VERDİ: “Öz razılığı olub” - YENİLƏNİB

Aktual

18 Yanvar 2018, 15:28

Bərdə rayonunda gənc müəllimənin zorla qaçırıldığı barədə xəbər yayılıb. Belə ki, Təhsil Nazirliyinin göndərişi ilə rayonun Hacıalılı kənd məktəbində riyaziyyat müəllimi işləyən qız Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb. Qaçırılan qız Goranboy rayon sakinidir.

 Modern.az saytı Bərdə Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayaraq məsələnin detallarını öyrənməyə çalışıb.

Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda tərəflərin öncədən razılığı qeyd edilib.

“Siz buna necə qaçırılma deyirsiz?! Bunlar ali təhsilli insanlardır. Bunları zorla qaçırmaq olar?!  Onlar ailə həyatı qurublar. Özlərinin razılığı olub. Müəllimə xanım Goranboydan gəlib kəndin sakinini sevib və ailə qurublar. İndi ailə quran cütlükdə nə axtarırsız?! Məqsədiniz nədir?! Onu başa düşmürük. Burada pis bir hadisə baş verməyib ki!”.


Lent.az-ın məlumatına görə isə 23 yaşlı müəlliməni qaçıran Tural Zeynalov həmin məktəbin direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur və anası da həmin məktəbdə müəllimə işləyir.


O da məlum olub ki, 23 yaşlı müəllimənin zorla qaçırılması hadisəsi dünən günorta saatlarında məktəbin yaxınlığında baş verib. Gənc müəllimə məktəbin 50 metrliyində kirayə tutduğu evdə yaşayırmış. Əvvəlcədən hazırlıq görən T. Zeynalov onu zorla maşına mindirərək naməlum istiqamətə aparıb.

Qeyd edək ki, qaçırılan qız Goranboy rayon sakinidir. Onun valideynləri artıq Bərdəyə gəlib və polisə şikayət ərizəsi yazıblar. Qaçırılan qızın başqasına nişanlı olduğu bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir