Yanvarın 18-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində “20 yanvar - Ümumxalq Hüzn Günü” münasibti ilə anım mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov bildirib ki, 20 yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 147 mülki vətəndaş öldürülüb, 600-dən çox insan yaralanıb. 27 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Azərbaycan xalqının ən çətin günlərində xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında imperiyanın və Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa edib. Ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə tam siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilib.
Yanvar faciəsi qurbanlarının əziz xatirəsini həmişə uca tutan Möhtərəm Prezident İlham Əliyev onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşıb. Hər il faciənin ildönümü günündə Şəhidlər Xiyabanına gələn dövlət başçısı 20 yanvarqurbanlarının xatirəsini ehtiramla yad edir.
Tədbirə dəvət olunmuş tarixçi alim Nizami Süleymanov Sovet imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasəti tarixi faktlarla əsaslandırıb. Qeyd edib ki, 20 Yanvar hadisələri böyük bir geosiyasi prosesin başlanğıcı olub. Bu bəşəri cinayətin törədilməsi SSRİ kimi bir imperiyanın çökməsini daha da yaxınlaşdırdı. Qanlı yanvar hadisələri sovet imperiyasının qəddar siyasətini təsdiq etməklə yanaşı, xalqımızın azadlıq əzmini, müstəqillik və dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirdi.
Anım mərasimində su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Təranə İmanova, Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Hüseyn Quliyevin yaralandığı xatırlanmışdır.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov və şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış edərək şəhidlərin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.
Fətullah Gülən həbs edilib - İDDİA
Cəlilabadda daşqın: Kənd qəbiristanlığı su altında qaldı
Parisdəki aksiyada 26 nəfər saxlanıldı
27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidir
Almaniya-Azərbaycan əməkdaşlığı müzakirə olundu
Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLAR
Bakı metrosunda bıçaqlanma
Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO
Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ
ABŞ 4 ildə 12 min insanı qətlə yetirib
Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyundu – VİDEO
Şəmkirdə yeniyetmə bıçaqlandı
İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO
Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi - Tərəflər barışıq stolunda oturdu
“Münaqişənin genişlənməsinə imkan verilməyəcək” - RƏSMİ
“Şair olmaq bədbəxtçilikdir”
Rusiya azərbaycanlıları çeçenlərlə baş verən təxribatla bağlı bəyanat yaydı
Anaları azərbaycanlı, ataları banqladeşli olan amerikalı bacılar - FOTOLAR
Elmar Məmmədyarov ABŞ rəsmisi ilə Qarabağ münaqişəsini müzakirə etdi
İlham Əliyev Rusiyadakı azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEO
Xəzərdə fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıldı
“Neftçi” yenə də xal itirdi
Rusiyada universitet binası uçdu: 21 tələbə dağıntılar altında - VİDEO
Ziyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyada bunu qızışdıran qüvvələr var”
Azərbaycan Xorvatiya əlaqələri müzakirə edildi
Dələduzluq maddəsi ilə 3 ildir axtarışda olan şəxs tutuldu
Bakıda silahlı şəxs saxlanıldı
DYP 50-dən çox piyadaya xəbərdarlıq etdi - FOTOLAR
Alimsayağı sual
Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT
Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb
Bakıda “Seyid” ləqəbli narkobaron saxlanıldı
Astarada 5 uşaq atası intihar etdi
Yol polisi avtobus sürücüsünün yerinə tələbəyə cərimə yazdı - RƏSMİ
Dünəndən bu günə Bakıya aylıq normanın 41 faizi qədər yağış yayıb
“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev
Əbülfəs Qarayev Koventri Universitetində mühazirə dedi
Əfqanıstan müharibəsinin iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif edildi
Prezident Siyavuş Novruzovla bağlı sərəncam verdi
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi
Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar
Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək
Hava xəbərdarlığı - Bakıya sulu qar yağacaq, güclü külək əsəcək
Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”
İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır
İraq İrana neft ixracatını dayandırıb
Gimnastımız Dünya Kubokunun finalına çıxdı
ATƏT-in baş katibi Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolundan danışdı
İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
Şərh yaz