Modern.az

Nazirlik rəsmiləri quduzluqla bağlı Bakıda toplandılar

Nazirlik rəsmiləri quduzluqla bağlı Bakıda toplandılar

18 Yanvar 2018, 15:56

Yanvarın 18-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinininzibati binasında "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" adlı Tvinninq layihəsi çərçivəsində təşkil edilən “Quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi” mövzusunda seminar keçirilin.


Seminarda layihəni həyata keçirən Fransız-Macar Konsorsumunun, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin, Kənd Təsərrüfatı Nazirliyinin, Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Təhsil Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Maliyyə Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (Sanitariya və Texniki Təmizlik İdarəsi), qeyri-hökumət təşkilatlarının, heyvan sığınacaqları mərkəzlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Seminarı açan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov bildirib ki, Tvinninq layihəsinin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda heyvan və insan sağlamlığını mühafizə etmək, kənd təsərrüfatı sahəsində iqtisadi artıma, qida təhlükəsizliyinin yaxşılaşdırılmasına və ictimai sağlamlığa töhfə vermək üçün Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin heyvan və zoonoz xəstəliklərin epidemiologiyası, profilaktikası və nəzarəti sahəsində potensialını artırmaqdan ibarətdir. 


Azər Süleymanov Azərbaycanda quduzluq xəstəliyinin aradan qaldırılması istiqamətində Kənd Təsərrüfat Nazirliyi və Səhiyyə Nazirliyinindigər aidiyyətı qurumlarla  (Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi) birgə çalışdıqlarını qeyd edərək Respublikamızda quduzluğun kökünün kəsilməsi üzrə Avropa İttifaqının ekspertləri və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən birgə “2018-2022-ci illərdə Azərbaycan Respublikasında quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında Quduzluq xəstəliyinin kökünün kəsilməsi üzrə Çoxillik Fəaliyyət Planı”nın ilkin variantlarının hazırlanaraq 2017-ci ildə aidiyyəti qurumlara təqdim edildiyini bildirib. Həmçinin qeyd etmişdir ki, hazırda layihə üzərində son tamamlama işləri həyata keçirilir və 2018-ci ilin birinci yarısına kimi aidiyyəti qurumlara təqdim edilməsi nəzərdə tutulur.


Keçirilən seminarda Avropa İttifaqının quduzluq üzrə Referens Laboratoriyasının müdiri, 2001-ci ildən BEB-in quduzluq üzrə eksperti Florans Klike “Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyinin müşahidəsi və nəzarət strategiyası”, Macarıstan Milli Qida Təhlükəsizliyi Zənciri İdarəsinin quduzluq xəstəliyinin idarə edilməsi üzrə eksperti Melinda Koksis  “Quduzluq xəstəliyinə qarşı necə mübarizə aparmaq”,Dövlət Baytarlıq Nəzarəti Xidmətininsektor müdiri Ceyhun Əliyev “Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi haqqında məlumat” və Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının müdir müavini Rita İsmayılova “Azərbaycanda insanlar arasında quduzluq xəstəliyi haqqında məlumat ” mövzularında elmi təqdimatlarla çıxış ediblər.  


Fəaliyyət Planının əsas hissəsi ictimaiyyətin quduzluq xəstəliyinin riski və tədbirləri haqqında maarifləndirməkdən ibarətdir. Keçirilən seminarın da əsas məqsədi Azərbaycanda quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi sahəsində ictimaiyyətin maarifləndirilməsidir.


Seminarda çıxış edənlər bildiriblər ki, hər bir nazirliyin, qeyri-hökumət təşkilatlarının və aidiyyəti qurumların quduzluq xəstəliyinin kökünün kəsilməsi planında və ictimai maarifləndirmə kampaniyasında yaxından iştirak etmələri çox vacibdir. Layihə çərçivəsində həyata keçiriləcək tədbirlərin nəticəsi olaraq Azərbaycanda insanlar və heyvanlar üçün təhlükəli olan quduzluq xəstəliyi tədricən azalacaq və insanların sağlamlığı təmin ediləcəkdir.


Tədbirin sonunda seminar iştirakçıları ilə səmərəli müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Qeyd edək ki, seminar öz işinibölgələrdə davam etdirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir