Modern.az

Elmar Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı - YENİLƏNİB

Elmar Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı - YENİLƏNİB

18 Yanvar 2018, 20:02

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşanın Krakov şəhərində keçirilən görüşü başa çatıb. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter"də yazıb.

Hikmət Hacıyev  qeyd edib ki, Azərbaycan münaqişənin həlli üzrə substantiv və məntiqli danışıqların tərəfdarıdır.

 

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.

 

17:07

 

Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başlayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bundan qabaq isə ATƏT-in Misnk qrupunun üzvləri ilə görüş keçirilib.

Krakov görüşü Minsk qrupunun dəstəyi ilə keçirilir.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir