Modern.az

Ölkədə neçə km yolun, nə qədər körpünün tikildiyi bəlli oldu - YENİLƏNİB  

Ölkədə neçə km yolun, nə qədər körpünün tikildiyi bəlli oldu - YENİLƏNİB  

18 Yanvar 2018, 17:30

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində uzunluğu 1335 km təşkil edən avtomobil yolları tikilib, yenidən qurulub və təmir olunub.

Agentlikdən Modern.az-a bildirilib ki, bu göstəriciyə respublika əhəmiyyətli yollar - 313,4 km; yerli əhəmiyyətli yollar - 888,7 km; Bakı şəhər yolları - 133 km daxildir. 

Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə 525 km, 2016-cı ildə isə 880 km yol tikilib, yenidən qurulub və təmir olunub. 2018-ci ildə bu rəqəmin artaraq 2 min km-dən artıq olması nəzərdə tutulub.

 

2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 15 ədəd, həmçinin Bakı şəhərində Pirallahı qəsəbəsini sahillə birləşdirən 422 m uzunluğunda yeni körpü tikilib, 9-u isə təmir edilib. 

Hesabat ilində ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 15 ədəd yerüstü və yeraltı piyada keçidi tikilərək istismara verilib.

Bunlardan 10 yerüstü piyada keçidi M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, 2 yerüstü keçidi M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda və 1 yeraltı piyada keçidi Zaqatala şəhərində, 2 yeraltı keçid isə Bakı şəhərində Hüseyn Cavid və Nobel prospektlərində tikilərək əhalinin istifadəsinə verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir