Modern.az

Türkiyədə fövqəladə vəziyyət  rejimi daha 3 ay uzadıldı

Türkiyədə fövqəladə  vəziyyət  rejimi daha 3 ay uzadıldı

18 Yanvar 2018, 20:19

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi fövqəladə vəziyyətin daha 3 ay müddətinə uzadılması barədə qanun layihəsini qəbul edib.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhddən sonrra tətbiq edilib. Yeni layihəyə görə, fövqəladə vəziyyət rejimi 19 yanvar 01:00-dan etibarən yenidən qüvvəyə minəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır