Modern.az

Ukrayna müharibəyə hazırlaşır - İDDİA

Ukrayna müharibəyə hazırlaşır - İDDİA

18 Yanvar 2018, 20:33

Ukrayna Ali Radasında Donbasın reinteqrasiyası ilə bağlı qəbul edilən qanun onu göstərir ki, rəsmi Kiyev Minsk anlaşmasının öhdəliklərini yerinə yetirmək istəmir. Bu da ondan xəbər verir ki, Ukrayna hakimiyyəti Luqansk və Donetski güc yolu ilə geri qaytarmaq istəyir.

Modern.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matvienko deyib.

“Bu qanun göstərir ki, Kiyev sözügedən əraziləri yenidən əldə etmək üçün hərbi həmləyə baş vurmaq istəyir. Bu, dərin yanlışlıqdır. Bununla nəyəsə varmaq olmaz”, - Matvienko bildirib.

Qeyd edək ki, bir müddət əvvəl qəbul edilən qanun layihəsində Donbas işğal edilmiş ərazi olaraq göstərilib.

Eyni zamanda Rusiyanın təcavüzkar ölkə olduğu vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi