Modern.az

Milli Oftalmologiya Mərkəzində aksiya …

Milli Oftalmologiya Mərkəzində aksiya …

Aktual

18 Yanvar 2018, 20:59

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında humanitar aksiya keçirib. Mərkəzdən Modern.az-a verilən məlumata görə, aksiya çərçivəsində kitabxananın 120 əməkdaşı müayinə olunub.

 

Səyyar Klinika bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının 380 əməkdaşını müayinə edib.

 

Tədbirdə çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva mərkəzin həyata keçirdiyi aksiyalar haqqında məlumat verib: “Bu tədbirlər Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsidir. Artıq Azərbaycanın səhiyyə sahəsində, xüsusilə də oftalmologiyada bir çox yeniliklər əldə edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları, eləcə də Səyyar Klinikası ən müasir avadanlıqlarla təchiz olunub. Mərkəzdə fəaliyyət göstərən kollektivi təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlardır. Səyyar Klinikası mütəmadi olaraq respublikanın müxtəlif regionlarına səfərlər edir, vətəndaşlarımızı gözlə bağlı problemlərini həllinə öz köməkliyini göstərir”.

 

Qeyd edək ki, fəaliyyət müddəti ərzində Səyyar Klinika respublikanın 92 rayon və şəhərində 130-dan çox aksiya keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır