Modern.az

Sonsuzluq və cinsi zəiflik problemlərinin həllində UNİKAL VASİTƏ

Sonsuzluq və cinsi zəiflik problemlərinin həllində UNİKAL VASİTƏ

18 Yanvar 2018, 23:23

Hələ qədim Misirdə qulançar bitkisi “hökmdarların məhsulu” adlandırılıb. Bu möcüzəvi bitkinin saysız-hesabsız faydaları təbiblərin həmişə diqqət mərkəzində olub. Qulançar təkcə şərqdə deyil, hazırda Avropa ölkələrində də xalq təbabətində geniş istifadə olunur.

Modern.az saytı qulançar bitkisinin faydaları ilə bağlı yazını təqdim edir.

Bu bitkinin faydalı xüsusiyyətlərini təqdim etməzdən əvvəl onun tərkibində olan maddələrə nəzər yetirsək şahidi olarıq ki, qulançar həqiqətən də vitaminlərin, mikroelementlərin bir bitkidə olan toplusudur. 

Və öz zəngin tərkibi ilə qulançar bitkisi orqanizmə aşağıdakı kimi təsir göstərir:

1. Bu bitki təbii afrodiziakdır. O, cinsi istəyi artırır, kişilərdə spermanın keyfiyyət və kəmiyyətinə müsbət təsir göstərir, intim fəallığı təmin edir. Cəmisi üç gün qulançardan istifadə etməklə onun bu sahədəki təsirini hiss etmək olar. Həmçinin, qulançarın toxumları sonsuzluq üçün ən yaxşı təbii vasitədir. Qulançarın qurudulmuş toxumları üyüdülür, eyni miqdarda balla qarışdırılır, 3 həftə ərzində hər gün 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir.

 

2. Qulançarın ürək-damar sistemi üçün olduqca xeyirlidir. Bu faydadan bəhrələnmək üçün bitkinin qurudulmuş kökündən 200 qram götürülərək üzərinə eyni miqdarda qaynar su əlavə olunur və 10-15 dəqiqə dəmlənir. Süzüldükdən sonra gün ərzində 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edilir. Bu ürəyi möhkəmləndirir, ateroskleroza qarşı mübarizə aparır.

 

3. Qulançarın tərkibində asparagin turşusu olduğundan o qan təzyiqini aşağı salır. Buna görə də hipertoniya xəstəliyindən əziyyət çəkənlərin qida rasionlarına qulançar bitkisi daxil etmələri müsbət nəticə verər.

 

4. Bütün bitkilər arasında tərkibi daha çox fol turşusu ilə zəngin olan qulançar hamilə qadınlar üçün dəyərli bir qida məhsuludur. Fol turşusu dölün normal inkişafına müsbət təsir göstərir.

 

5. Qulançar böyrəklərin fəaliyyətini asanlaşdırır, böyrək xəstəliklərinin müalicəsinə kömək edir.

 

6. Qulançardan müntəzəm istifadə etməklə qanın təmizlənməsinə nail olmaq olar.

 

7. Bu bitki həmçinin qaraciyərin fəaliyyətini yaxşılaşdırır, onu zərərli maddələrdən təmizləyir.

 

8. Ağız boşluğunda yaranan problemlərdən qurtulmaq üçün qulançardan hazırlanmış cövhərdən istifadə etmək yetərlidir. Bunun üçün bitkinin kökündən 100 qram götürülür, üzərinə bir stəkan isti su və 2 stəkan alma sirkəsi əlavə olunur. Qarışdırdıqdan sonra 10 dəqiqə qaynadılır. Soyuduqdan sonra hər gün bir neçə dəfə qarqara edilir.

 

9. Qulançar xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir.

 

10. Orqanizmdəki iltihabi proseslərə qarşı da qulançar təsirli vasitədir.

 

Bütün faydalı qida məhsulları kimi bu möcüzəvi bitkidən də qədərində istifadə etmək lazımdır və müalicə məqsədi ilə istifadə edildikdə həkimlə məsləhətləşmək vacibdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır