Modern.az

Azərbaycan nefti bu gün də ucuzlaşdı

Azərbaycan nefti bu gün də ucuzlaşdı

18 Yanvar 2018, 23:54

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 17-də 70,93 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,05 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 17-də 70,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 17-də 67,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 17-də 69,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,31 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi