Modern.az

Azərbaycanda daha 21 nəfər şübhəli saxlanılıb  

Azərbaycanda daha 21 nəfər şübhəli saxlanılıb    

Aktual

19 Yanvar 2018, 09:26

Daxili İşlər Nazirliyi yanvarın 18-dən 19-dək daxili işlər orqanlarında

qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

 Nazirlikdən Modern.az-a verilən məlumata görə, ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

        
 Axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


 Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...