Modern.az

Mənzildən 5 min dollar oğurlayan qadın yaxalandı  

Mənzildən 5 min dollar oğurlayan qadın yaxalandı   

19 Yanvar 2018, 12:04

Yanvarın 17-də Bakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək evindən pulunun oğurlandığını bildirib.

        
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla mənzildən 5000 ABŞ dollarının ötən ilin noyabr ayının 28-dən dekabr ayının 20-dək olan müddətdə oğurlanması məlum olub.

        
Faktla bağlı cinayət işi başlanılıb.


Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən  Bakı şəhər sakini Xəyalə Vəliyeva müəyyən edilərək saxlanılıb, istintaqa təhvil verilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı