Modern.az

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib

Aktual

19 Yanvar 2018, 14:12

Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın dövr ərzində keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri müəyyən olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumatda deyilib.


Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, dövlət qulluğuna qəbul imtahanlarının ayda 1 dəfə keçirilməsi nəzərdə tutulur. Hazırda inzibati rəhbər (A növü) vəzifələr üzrə yanvarın 27-də keçiriləcək müsabiqənin test imtahanına qeydiyyat davam edir. Bu imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 24-dək aparılacaq.

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanlarının 18 fevral (B növü üzrə) və 31 mart (A növü üzrə) tarixlərində keçirilməsi planlaşdırılır. Qeydiyyat və s. məsələlər haqqında məlumat veriləcək.

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanlarının isə hər ay iki dəfə keçirilməsi nəzərdə tutulur. Elektron sınaq imtahanları Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə keçirilir. Yanvarın ayı üçün nəzərdə tutulan sınaq imtahanları artıq keçirilib.

Növbəti sınaq imtahanları 2, 10 fevral və 4, 14 mart tarixlərində təşkil olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!