Modern.az

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

19 Yanvar 2018, 14:19

Azərbaycan Kooperasiya Universitetində 20 Yanvar faciəsinin XXVIII ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, ilk öncə Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. 

Giriş sözü ilə çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev bildirdi ki, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı Sovet qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri doğma torpağın bütövlüyü, toxunulmazlığı və azadlıq arzusu idi.

"Bu faciə bizə müqəddəs bir and yeri miras qoydu. Doğma Bakımızın Dağüstü parkı kimi tanınan məkan Şəhidlər Xiyabanına döndü. Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hər an hədsiz ehtiramla yad edir və daim yad edəcəkdir. İndi hər bir Azərbaycan vətəndaşı lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdı. Müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı da, məhz milli qürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə vətəndaşlarımızın varlığıdır. Tarixdən çox gözəl xatırlayırıq ki, Ulu Öndər Heydər Əliyev 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verərək bu faciəni törədənlərin kimliyini dünya ictimaiyyətinə çatdırdı. O, ağır günlərdə xalqı ilə həmrəy oldu, xalqın sınmış inamını özünə qaytardı. O, hakimiyyətə gəldikdən sonra isə bu hadisələrə dövlət səviyyəsində siyasi qiymətin verilməsinə nail oldu".

Sonra Azərbaycan Kooperasiya Universitetinin Ekspertiza və əmtəəşünaslıq kafedrasının müdiri, professor Vilayət Əliyev, Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, TGT-nin sədr müavini Nigar Ağayeva çıxış etdilər. Bildirildi ki, şanlı Azərbaycan tarixnin 20 Yanvar səhifəsi tarixdə qanla yazılmış səhifədir, ancaq o, təkcə faciə deyil, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şanlı bir səhifədir. Bu, uzun illər əsarətdə yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın azadlığını, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvərlərimiz öz sinələrini sovet tankları qarşısında sipərə çevirməklə Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu, xəyanətlərə qarşı barışmazlığını bir daha sübuta yetirdilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir