Modern.az

Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE

Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE

19 Yanvar 2018, 14:21

Bu gün Serj Sarkisyan Ermənistanın prezident kürsüsündə onu əvəzləyəcək əsas namizədin adını açıqlayıb. O, hazırda Böyük Britaniyada səfir Armen Sarkisyana hakim Respublika Partiyasının prezidentliyə rəsmi namizədi olmağı təklif edib.

 

Parlamentdə hakim Respublika Partiyası üzvlərinin sayının ümumi deputatların yarısını təşkil etdiyini nəzərə alsaq, indidən deyə bilərik ki, Armen Sarkisyan martın 2-də keçiriləcək səsvermədə qalib gəlmək üçün tələb olunan 3/5 səs çoxluğunu qazanmağa çətinlik çəkməyəcək.

Modern.az Ermənistanın potensial prezidenti Armen Sarkisyan haqda qısa informasiyanı təqdim edir.

 

Armen Vardanoviç Sarkisyan 1953-cü il iyunun 23-də Yerevanda anadan olub. O, 1970-1976-cı illərdə Yerevan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsində təhsil alıb. Aspirant təhsili aldıqdan sonra fizik kimi fakültədə qalan Sarkisyan 1984-1985-ci illərdə Kembric Universitetində də çalışıb.

Armen Sarkisyan 1992-1993, 1998-2000, 2013-2018-ci illərdə Böyük Britaniyada səfir kimi çalışıb. Bundan başqa, 1996-1997-ci illərdə o, Levon Ter-Petrosyan hökumətində təmsil olunaraq, baş nazir postuna təyinat almışdı.

 

Uzun illər Böyük Britaniyanın paytaxtı Londonda yaşayan Armen Sarkisyanın bu ölkədə geniş biznes maraqlarının olduğu, yerli siyasətçilər, hətta kral ailəsinin üzvləri ilə dostluq münasibətləri qurduğu bildirilir.

 

Maraqlıdır ki, 1996-cı ilin dekabrından 1997-ci ilin fevralına qədər qısa müddət baş nazirlik etmiş Armen Sarkisyanın həmin vaxt müdafiə naziri, ölkədə böyük avtoritetə malik Vazgen Sarkisyanla biznes maraqları toqquşmuş, nəticədə o müdafiə naziri tərəfindən döyülmüşdü. Bundan sonra ölkəni tərk edən Sarkisyan səfir kimi Londona dönmüşdü. Sonralar o, xəstəliyi ilə bağlı postunu tərk etdiyini bildirsə də, ictimaiyyət onun sözlərinin səmimiliyinə inanmamışdı.

 

O, məhz İngiltərəyə döndükdən sonra 2000-ci ilin əvvəllərindən başlayaraq bir neçə investisiya şirkəti yaradır. Armen Sarkisyan həmin şirkətlərin Direktorlar Şurasının da sədri seçilir. Bu şirkətlər arasında  “Knightsbridge Group” və “Highbury Group” xüsusilə fərqlənir. Belə ki, adil çəkilən şirkətlərə 25 firma daxildir. Bu firmalar telekommunikasiya, kənd təsərrüfatı, daşınmaz əmlak və energetika kimi fərqli sahələrdə fəaliyyət göstərir.

 

Armen Sarkisyanın şirkətləri Vyana, London, Paris, Moskva, Varşava, Kiyev və Alma-Ata kimi şəhərlədə ofislərə malikdir.

Armen Sarkisyanın ailəsi haqda geniş informasiya olmasa da, Vartan adlı böyük oğlunun İKT sahəsində bizneslə məşğul olduğu və “Knightsbridge Group” şirkətinin icraçı direktoru postunda çalıçdığıxəbər verilir.

64 yaşlı Armen Sarkisyanın martın 2-də prezident seçildikdən sonra biznesini oğlu Vartana ötürəcəyi ehtimal olunur.

Xatırladaq ki, son konstitusiya dəyişikliyinə əsasən, prezident əsasən mərasim funksiyalarını həyata keçirən, real icraedic i funksiyaların olmadığı şəxs sayılacaq. Real hakimiyyət isə baş nazir və parlament arasında bölüşdürələcək.

Ermənistanda prezidenti parlament seçəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir