Modern.az

Quba məzarlığı ilə bağlı işlər tamamlanacaq – AÇIQLAMA

Quba məzarlığı ilə bağlı işlər tamamlanacaq – AÇIQLAMA

19 Yanvar 2018, 14:55

2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın  yüzilliyi tamam olur. Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir. Bundan başqa, Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilir.

 

Azərbaycanlıların soyqırımının tanınmasında Quba memorial kompleksi xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır, soyqırımın  yüzilliyinə kimi məzarlıqla bağlı hansı yeniliklər olacaq?

 

Bununla bağlı Quba məzarlığı ilə bağlı yaradılan komissiyanın üzvü, deputat İsa Həbibbəyli Modern.az-a danışıb:

 

“Azərbaycanın prezidenti cənab İlham Əliyevin  azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd olunması haqqında qərarı çox böyük tarixi əhəmiyyətə malikdir. Dövlət əhəmiyyətli olan qərar   azərbaycanlılara qarşı bir əsr ərzində, son yüzilliyin müxtəlif mərhələlərində törədilmiş  qanlı cinayət hadisələrinin, obyektiv şəkildə dərindən əsaslı surətdə Azərbaycan Milli Elmlər Akademiyasında, Azərbaycanın ali məktəblərində öyrənilməsinə böyük şərait yaradır. Eyni zamanda yüzilliyin qeyd olunması Azərbaycan gerçəkliklərinin xalqımıza qarşı  Xocalı soyqırımı, Qarabağ hadisələri zamanı törədilmiş bütün vəhşiliklərə eyni zamanda beynəlxalq ictimaiyyətə çatdırmaq  bizim borcumuz olacaq.  Bunların içərisində sözsüz ki, Quba məzarlığı özünəməxsus böyük yer tutur. Erməni vandalizminin, vəhşiliyinin əyani təcəssümü olan  bir məzarlıqdır”.

 

Deputat qeyd edib ki, soyqırımın yüzilliyinə kimi Quba məzarlığı ilə bağlı işlər  tamamlanacaq:

 

“Soyqırımının yüzilliyin keçirilməsi haqqında qərarda da Quba  məzarlığının  adının çəkilməsi təsadüfi  olmayıb. Erməni vəhşiliklərinin miqyasını, vahidi göstərmək üçün bu məsələyə xüsusi olaraq diqqət yetirilməyinin vacibliyini irəli sürür. Orada bilirsiniz ki, komissiya iş aparıb və məsələləri dərindən təhlil edib. Həmçinin komissiyanın iclası keçirilib, müzakirələr olunub. Soyqırımı məzarlığının rekonstruksiya olunması barədə  təkliflər hazırlanıb. Məndə olan məlumata görə, Quba məzarlığının memarlıq planı da hazırlanıb və uyğun qeydiyyatlar təyin olunub. Düşünürəm ki, yüzillik yubileyi çərçivəsində Quba məzarlığında komissiyanın verdiyi təkliflər əsasında  yenidənqurma işləri aparılacaq və işlər tamamlanacaq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi