Modern.az

Sabah bu kinoteatrda nümayişdə olan filmlər  dayandırılacaq

Sabah bu kinoteatrda nümayişdə olan filmlər  dayandırılacaq

Aktual

19 Yanvar 2018, 15:52

Sabah Nizami Kino Mərkəzində repertuarda olan bütün filmlərin nümayişi dayandırılacaq.

 

Bu barədə kinomərkəzin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova  Modern.az saytına məlumat verib. O bildirib ki, 20 Yanvar faciəsi ilə əlaqədar kinoteatrda nümayişdə olan filmlər yığışdırılıb. Sabah saat 15:00-da yalnız "Nabat" nümayiş olunacaq və filmin nümayişi pulsuzdur.

 

Qeyd edək ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Nabat" filmi Qarabağ müharibəsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elçin Musaoğludur. Filmdə baş rolu İran aktrisası Fatimə Motomedareya ifa edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi