Modern.az

Dünya Azərbaycanlıları Moskvada toplaşacaq

Dünya Azərbaycanlıları Moskvada toplaşacaq

Aktual

19 Yanvar 2018, 16:00

Dünya Azərbaycanlıları Assambleyası (DAA) İdarə Heyyətinin iclası keçirilib.

 

Modern.az Assambelyaya istinadən xəbər verir ki, İdarə Heyətinin iclasında martın 24-də Rusiyanın paytaxtı Moskvada DAA İdarə Heyyəti üzvlərinin və təmsilçiliklərinin canlı görüşün keçirilməsinə qərar verilib.

 

“Toplantının əsas məqsədi DAA fəaliyyətinin gücləndirilməsi, fəaliyyət proqramının hazırlanması, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təmsilçiliklərin durumu , beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi istiqamətində qərarlar verməkdir.

 

Digər tərəfdən dünyanın müxtəlif ölkələrindən qatılacaq olan DAA nümayəndələri Moskvada Rusiya hökumət nümayəndələri, media təmsilçiləri, siyasi partiyalar və Rusiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri ilə ilə görüşlər keçirməsi ilə bağlı qərar verilmişdir. Artıq bununla bağlı ilkin razılıqlar da alınıb.

 

Bundan başqa dünyanın müxtəlif ölkələrindən Rusiyaya təşrif buyuracaq DAA rəhbərliyi Moskvada keçiriləcək Novruz bayramı tədbirlərinə də qatılmağı da planlaşdırır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir