Modern.az

AXCP mətbuatla işləməyə lüzum görmür  

AXCP mətbuatla işləməyə lüzum görmür   

Aktual

19 Yanvar 2018, 16:06

Uzun müddətdir Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  funksionerlərinin mətbuatla əlaqəsinin soyuq olduğu müşahidə edilir. Daha dəqiq desək AXCP-nin sədr müavini Gözəl Bayramlının həbs edilməsindən sonra partiyada kiminləsə əlaqə saxlamaq çətin məsələyə çevirilib. Hətta mətbuat xidmətinin kim olduğu da bilinmir. Partiya funsionerləri də mətbuata danışmaqdan yayınırlar.  Bunun səbəbi nədir? Çətinliklə olsa da AXCP-nin sədr müavini Nurəddin Məmmədli suallarımızı cavablandırıb.

O, azad mətbuatın olmamağından şikayətlənib.

“Mən özüm də son 3 ildə ilk dəfədir mətbuata açıqlama verirəm. Hər hansı sayta fikir bildirməkdən qəti şəkildə imtina etmişəm. Azərbaycanda ümumiyyətlə mətbuat yoxdur, xüsusilə “Azadlıq” qəzetinin qapanması ilə bu mərhələ bitmiş oldu. “Turan” İnformasiya Agentliyi ilə bağlı məsələlərdən sonra isə tamamilə qapadıldı. Azərbaycanda hazırda olan mətbuat yerli-yersiz müxalifəti aşağılamaq, hakimiyyətə haqq qazandırmaq məqsədinə xidmət edir. Ona görə də biz düşünürük ki, mətbuatla işləmək boş vaxt aparmaq və sonra da əsəbiləşmək anlamına gəlir”. 

N.Məmmədlinin sözlərinə görə, AXCP üzvləri indi saytlara hansısa məsələ ilə bağlı münasibət bildirməyə ehtiyac görmürlər.


“Ölkənin ən baxımlı saytları 500, 300, bəzi hallarda 100 nəfər tərəfindən oxunursa, Youtube-da, Facebook-da , Twitter-də hər hansı bir ideya, fikir, şərh 100 minlərin diqqətini cəlb edir. Belə bir şəraitdə hər hansısa sayta fikir bildirməyə ehtiyac duyulmur. AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə paylaşmaları olur ki, onları 1milyona adam izləyir. Həmin izləyicilərin bir qisminin də Əli bəyin fikirlərini, videosunu paylaşması bir neçə milyon adamın diqqətini cəlb edir. Belə bir şəraitdə hansısa sayta müsahibə verməyin mənası yoxdur”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür