20 fevral 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Bakıda güzəştli mənzillər 2019-cu ildə TƏHVİL VERİLƏCƏK
Bakıda güzəştli mənzillər 2019-cu ildə TƏHVİL VERİLƏCƏK
19.01.2018, 16:44

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş iclas keçirilib.

 

MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, Agentliyin direktoru Samir Nuriyev sıxış edib. Direktor bildirib ki, ölkə başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” qurumun 2017-ci ildə əhalinin güzəştli şərtlərlə mənzillərlə təmin olunması istiqamətində fəaliyyətinin təşkilində rəhbər tutduğu əsas sənədlərdən biridir:

“2017-ci il Agentlik tərəfindən çoxmənzilli binaların tikintisinə və digər yeni layihələrin icrasına başlanılması üzrə əhəmiyyətli hadisələrlə yadda qaldı. Belə ki, Agentliyin ilk layihəsi – 1843 mənzildən ibarət olacaq Yasamal Yaşayış Kompleksinin tikintisi işləri başlanıb və hazırda sürətlə davam etdirilməkdədir. Kompleksin ilk mənzillərinin bu ilin yay aylarında gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. 2019-cu ildə isə kompleksin tam təhvil verilməsi nəzərdə tutulur.

Agentlik “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planını icra etmək məqsədilə, həmçinin, özəl investisiya şirkətləri ilə səmərəli əməkdaşlığın qurulmasına da nail olmuşdur. Belə ki, Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması çərçivəsində yaşayış evlərinin tikintisi, telekommunikasiya infrastrukturunun yaradılması və ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarəolunması üzrə keçirilmiş 3 investisiya müsabiqəsinin nəticələrinə əsasən 18 milyon manata yaxın özəl sərmayə cəlb olunub”.

Eyni zamanda bildirilib ki, inşa olunan mənzillər barədə vətəndaşlar tərəfindən ətraflı məlumat əldə etmək imkanının təmin olunması məqsədilə, ötən il ərzində Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsi də hazırlanaraq istifadəyə verilib. Rahatlığı və funksionallığı ilə seçilən bu səhifə vasitəsilə kompleks haqqında, istifadə olunan tikinti materialları və hər bir mənzil haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Agentliyin fəaliyyətində önəmli hadisələrdən biri də güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatının aparılmasını təmin edən elektron sistemin istifadəyə verilməsi olmuşdur. “Elektron hökumət” portalında yaradılaraq 30.05.2017-ci il tarixində istifadəyə verilmiş “Güzəştli mənzil” sistemi vasitəsilə güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qəbuluna başlanılmışdır. Ötən müddət ərzində “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 7500-dən artıq vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin edilmişdir. “Güzəştli mənzil” sisteminin satış modulunun istifadəyə verilməsi üçün müvafiq texniki işlər artıq başa çatdırılmaqdadır. Hazırda aparılan müvafiq test işləri tamamlandıqdan sonra Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışı ilə bağlı elan veriləcək və vətəndaşlara mənzilləri sistem vasitəsilə seçmək imkanı yaradılacaq.

Bununla yanaşı, Agentliyin növbəti Hövsan Yaşayış Kompleksi layihəsinin də reallaşdırılmasına 2017-ci ildə start verilib. Belə ki, 24.12.2017-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Hövsan Yaşayış Kompleksinin ilk 7 mərtəbəli yaşayış binasının təməlqoyma mərasimi keçirilib. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə inşa olunacaq və 3002 ailəni yeni mənzil ilə təmin edə biləcək Hövsan Yaşayış Kompleksinin ərazisində xəstəxana, məktəb, uşaq bağçaları, ticarət mərkəzi və digər sosial-məişət obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Agentliyin mənzil təminatı üzrə layihələrinin reallaşdrılması zamanı gələcək sakinlərin rahatlığını təmin etmək üçün müvafiq standartlara cavab verən nəqliyyat infrastrukturunun yaradılmasına da xüsusi diqqət yetirilir. Hesabat dövrü ərzində Bakı Nəqliyyat Agentliyi ilə qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində piyadaların, ictimai və fərdi nəqliyyatın hərəkətinin təşkili layihəsinin hazırlanması təmin olunmuş və icrasına başlanılmışdır. Bakı Nəqliyyat Agentliyi ilə bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi planlaşdırılır.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi
20.02.2018, 18:51

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı
20.02.2018, 18:45

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı
20.02.2018, 18:42

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı

“Azərsu”ya 15 milyon manat ayrıldı
20.02.2018, 18:36

“Azərsu”ya 15 milyon manat ayrıldı

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası
20.02.2018, 18:28

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb
20.02.2018, 18:12

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”
20.02.2018, 18:07

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü
20.02.2018, 17:49

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü

XİN-dən Sarkisyana sərt CAVAB
20.02.2018, 17:45

XİN-dən Sarkisyana sərt CAVAB

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”
20.02.2018, 17:44

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı
20.02.2018, 17:43

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”
20.02.2018, 17:40

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək
20.02.2018, 17:39

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək

Bakıda 21 miqrant saxlanıldı
20.02.2018, 17:22

Bakıda 21 miqrant saxlanıldı

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI
20.02.2018, 17:19

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI

Manatın sabahkı MƏZƏNNƏSİ
20.02.2018, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü
20.02.2018, 16:59

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK
20.02.2018, 16:56

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

Ceyhun Hacıbəylinin nəvəsindən iki MƏKTUB
20.02.2018, 16:52

Ceyhun Hacıbəylinin nəvəsindən iki MƏKTUB

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”
20.02.2018, 16:35

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”

Avtobus aşdı,10 nəfər öldü
20.02.2018, 16:35

Avtobus aşdı,10 nəfər öldü

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar   
20.02.2018, 16:29

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar  

Kobra qanı içən xüsusi təyinatlılar - FOTOLAR
20.02.2018, 16:27

Kobra qanı içən xüsusi təyinatlılar - FOTOLAR

ABŞ-dan Kiyevə dəstək: “Rusiyaya qarşı yanınızdayıq”
20.02.2018, 16:24

ABŞ-dan Kiyevə dəstək: “Rusiyaya qarşı yanınızdayıq

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ
20.02.2018, 16:16

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ

Bu ölkə öz vətəndaşlarına 300 dollar verəcək
20.02.2018, 15:58

Bu ölkə öz vətəndaşlarına 300 dollar verəcək

Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb
20.02.2018, 15:57

Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb

Elmar Məmmədyarov səlahiyyət müddəti başa çatan Misir səfirini qəbul edib
20.02.2018, 15:54

Elmar Məmmədyarov səlahiyyət müddəti başa çatan Misir səfirini qəbul edib

“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” müzakirə olunub
20.02.2018, 15:50

“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” müzakirə olunub

Məhv edilmiş 8 ailə: “Qardaşımı öldürəndən sonra, qızıl dişlərini çıxarmışdılar” - Xocalı DƏHŞƏTİ   
20.02.2018, 15:29

Məhv edilmiş 8 ailə: “Qardaşımı öldürəndən sonra, qızıl dişlərini çıxarmışdılar” - Xocalı DƏHŞƏTİ  

“Gita” Yeni Zelandiyada həyatı iflic etdi
20.02.2018, 15:29

“Gita” Yeni Zelandiyada həyatı iflic etdi

Macarıstanlı jurnalist Qarabağa qanunsuz səfər edib
20.02.2018, 15:16

Macarıstanlı jurnalist Qarabağa qanunsuz səfər edib

Ziyafət Əsgərov MDB müşahidəçilər missiyasının rəhbəri ilə görüşdü   
20.02.2018, 15:05

Ziyafət Əsgərov MDB müşahidəçilər missiyasının rəhbəri ilə görüşdü  

Nazirlik Prezidentin təşəbbüsünə münasibət bildirdi - Borclar niyə silinir...   
20.02.2018, 15:03

Nazirlik Prezidentin təşəbbüsünə münasibət bildirdi - Borclar niyə silinir...  

Nazirliklərdə İSTİSMAR - Mikayıl Cabbarov Fazil Məmmədovun “ənənəsinə” son qoydu  
20.02.2018, 14:54

Nazirliklərdə İSTİSMAR - Mikayıl Cabbarov Fazil Məmmədovun “ənənəsinə” son qoydu  

ARXİV