Modern.az

Danimarkada "Palmali"ya məxsus tanker saxlanıldı  

Danimarkada

Dünya

19 Yanvar 2018, 22:20

"Palmali" Dənizçilik Şirkətinə (Palmali Shipping Company) məxsus "Ağsu" yük tankeri Danimarkanın Kalundborg limanında saxlanılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb "Pal shipping trader three" şirkətinin mülkiyyətində olan gəmidə texniki çatışmazlıqların olmasıdır.

 

Məlumatda gəminin İsveçin Göteborg limanından hərəkət etdiyi və yanvarın 11-də Danimarkanın Kalundborg limanına yan aldığı, ancaq danimarkalı müffətişlər tərəfindən Paris Memorandumu çərçivəsində tankerə texniki baxış keçirildiyi və yoxlamaların nəticəsi olaraq nəzarət altına verildiyi qeyd olunub. Bu baxımdan, "Ağsu" tankerinin səfərə çıxmasına qadağa qoyulduğu və gəmiyə həbs qoyulması barədə sənəd tərtib edildiyi vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi