Modern.az

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır

20 Yanvar 2018, 00:06

Azərbaycanın azadlıgı və ərazi bütövlüyü ugrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmus qanlı 20 Yanvar hadisələrinin növbəti-28-ci ildönümünü anırıq.

Modern.az xəbər verir ki, sovet hərb maşınının 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi  bu terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Hadisə 70 il ərzində sülhpərvər missiyanın daşıyıcısı kimi kimi təbliğ olunan Qızıl Ordu barədə düşüncələrdəki mifi alt-üst etdi.

28 il öncə ölkəmizə qarsı ərazi iddiaları irəli sürən Ermənistanın təcavuzkar hərəkətlərindən və kecmis SSRİ rəhbərliyinin onlara havadarlıgından hiddətlənərək Bakı  kucələrinə cıxıb buna qəti etirazını bildirən Azərbaycan xalqı azadlıq uğrunda mücadiləsini bütün dünyaya nümayiş etdirdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya göstərdi. Bakıya yeridilən Sovet Ordusunun 35 minlik xüsusi təyinatlı bölmələri, daxili qoşunları, Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərinə ancaq əzmək, məhv etmək təlqin olunmuşdu.

 

«Udar» («zərbə») şərti adı altında keçirilən həmin dəhşətli əməliyyat SSRİ-nin Müdafiə, Daxili İşlər nazirlikləri və Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmışdı. Əməliyyatda əsas yer xüsusi təyanatlı «ALFA» qrupuna və DTK-nın təxribat qruplarına ayrılmışdı.

 

Qanlı 20 yanvar hadisələri zamanı 137 soydaşımız öldürüldü, 700 nəfər yaralandı, 800-dən çox adam həbsə atıldı. Gunahsız insanların qətli ilə nəticələnən olay Qorbacov basda olmaqla Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarsı bağışlanılmaz cinayətidir. Təəssüf ki, cinayət hələ də cəzasız qalır…

 

«…O gecə tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər gördükləri bütün canlılırı güllə yağışına tuturdular. Qəfil ölüm insanları nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində belə yaxalayırdı...».

Qanlı yanvar gecəsinin canlı şahidləri müdhiş hadisəni belə xatırlayırlar.

 

1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız xalqımız azadlıq, müstəqillik qazanmasına yol açdılar.

 

Artıq 28 ildir yanvarın 20-ni Ümumxalq hüzn günü kimi qeyd edirik. Yenə də Bakının ən yüksək nöqtəsində azadlıq uğrunda şəhid olan qəhrəman soydaşlarımızın uyuduğu Şəhidlər Xiyabanına ümumxalq ziyarəti var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...