Modern.az

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı

20 Yanvar 2018, 11:11

Mərkəzi Seçki Komissiyası (MSK) bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.

 

Modern.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

 

O sədri bildirib ki, yanvar ayının ilk günlərindən ölkə ərazisində seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılıb.

 

"Dəqiqləşdirmələr fevralın 5-dək məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq. Dairələrdə müzakirə olunandan sonra MSK-ya məlumatlar göndəriləcək.

 

May ayının axırına qədər bu prosesə yekun vurulacaq və siyahılar rəsmi sənəd kimi təsdiq ediləcək" - M.Pənahov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...