Modern.az

Ucarda ata-oğul bıçaqlandı - bir ölü...

Ucarda ata-oğul bıçaqlandı - bir ölü...

20 Yanvar 2018, 12:06

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Yanvarın 19-da Ucar şəhəri ərazisində şəhər sakini Tehran Zahidovun və oğlu Samirin bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmələri, T.Zahidovun orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.


Dərhal hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


Araşdırmalarla onlara bıçaqla xəsarətlərin münaqişə zəminində həmyerliləri Nurlan İsayev tərəfindən yetirilməsi müəyyən edilib.


Görülmüş tədbirlərlə əvvəllər məhkum olunmuş N.İsayev saxlanılaraq istintaqa cəlb olunub.

        
Faktla əlaqədar cinayət işi başlanılıb. 

 

        

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir