Modern.az

TQDK-dan abituriyentlərə müjdə - I qrupun keçid balı aşağı salındı

TQDK-dan abituriyentlərə müjdə - I qrupun keçid balı aşağı salındı

12 İyul 2011, 18:16

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəcicələrini açıqladı. 
Modern.az saytının xəbərinə görə, nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının veb-səhifəsində yerləşdirilib.
(Burada //www.tqdk.gov.az/ali2011net/)

Komissiyadan verilən məlumata görə, I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Buradan belə məlum olur ki, TQDK keçid ballarını açağı salıb.
Çünki keçən il I ixtisas qrupunda ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılmışdılar.

Xatırladaq ki, TQDK bu il III qrup üzrə minimum keçid ballarını da 300-dən 250-yə salıb. Bu qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
(Ötən il III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılıb).


Modern.az 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?