Modern.az

Vahid Əhmədov şikayətləri dinlədi

Vahid Əhmədov şikayətləri dinlədi

Aktual

20 Yanvar 2018, 12:09

Deputat Vahid Əhmədov Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşərək, onları qəbul edib.

 

Görüş zamanı ötən 2017-ci ilin yekunları, görülmüş işlər, yeni il üçün nəzərdə tutulan məsələlərdən söhbət açılıb.

 

Sonra qəbul üçün qeydiyyatdan keçmiş 86 seçicinin hamısı təkbətək qəbul ediliblər. Vətəndaşları qayğılandıran bir çox məsələlər- rayonda aparılan quruculuq işləri, işədüzəlmə, yardımların olunması, əhalinin qazla təminatında yaranan problemlər, torpaq sahələrinin paylanması və s. qəbul zamanı deputatın nəzərinə çatdırılıb.

 

Bütün məsələlər deputatın köməkçisi tərəfindən qeydiyyata alınmış, bəziləri yerindəcə öz həllini tapmış, yerdə qalanları baxılmaq üçün nəzarətə götürülüb.

 

Ənənəsinə uyğun olaraq deputat şəhərdə aparılan abadlıq işləri ilə tanış olub, rayon rəhbərliyi ilə görüşərək bir sıra problemlər barəsində fikir mübadiləsi aparıblar.

 

Növbəti qəbul fevral ayına planlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür