Modern.az

Atəş açdı - qohumunu yaraladı

Atəş açdı - qohumunu yaraladı

Aktual

20 Yanvar 2018, 12:16

Yanvarın 19-da Füzuli rayon Polis Şöbəsinə rayon sakini Yaşar İbişovun odlu silahla yaralanması barədə məlumat daxil olub.

        
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dərhal hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Y.İbişovun Qayıdış qəsəbəsində olarkən münaqişə zəminində qohumu, Fin qəsəbə sakini Cəsarət Nəbiyevin tüfəngdən açdığı atəşlə yaralanması müəyyən edilib.

        
Görülmüş tədbirlərlə C.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-8” markalı tüfəng də götürülüb.

        
Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür